ATU-nun Tədris Cərrahiyyə Klinikasında "online" kurs keçirilib

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Türkiyənin “Ulusal Endoskopik Laparoskopik Cerrahi Derneği”, İstanbul Universitetinin “Sürekli Tıp Eğitim Araştırma və Uygulama Merkezi” və Tədris Cərrahiyyə Klinikasının təşkilatçılığı ilə “online” konfrans keçirilib. Yanvarın 18-də baş tutan konfrans Laparoskopik Cərrahiyyə Kursu, Korrekteal Cərrahiyyə texnikaları mövzularına həsr edilib.

Konfrans zamanı əməliyyatlar zamanı çəkilmiş görüntülər nümayiş etdirilib, laparoskopik kolorektal cərrahiyə sahəsində müasir metodların texniki incəlikləri həkim və rezidentlərə çatdırılıb.

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında mütəmadi olaraq elmi-praktik seminarlar təşkil olunur. Bu seminarların məqsədi professor-müəllim heyətinin pedaqoji ustalığını artırmaq, metodiki bilik və bacarıqlarını təkmilləşdirmək və tədrisin keyfiyyətini yüksəltməkdir.

Seminarların mövzusu hər dəfə qışda və yayda dərs prosesi başa çatdıqdan sonra müəyyənləşdirilir. Növbəti semestrdə keçiləcək dərslərə aid bölgülər aparılır, müəllimlərə proqrama uyğun mövzular verilir.

Qeyd edək ki, kafedrada tətbiq olunan multimedia sistemi seminarların gedişini auditoriyadan kənarda da izləmək imkanı yaradır.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı