Alimlər Daun sindromlu insanlarda artıq xromosomu ilk dəfə olaraq çıxarıblar
Yaponiyada Miye Universitetinin alimləri Daun sindromlu insanların hüceyrələrində artıq xromosomu ilk dəfə çıxarmağa nail olublar.
Azmedinfo.az bu barədə vietnam.vn nəşrinə istindən məlumat verir ki, eksperiment zamanı gen redaktə texnologiyası olan CRISPR-Cas9 alətindən istifadə edilib. Bu texnika vasitəsilə Daun sindromuna səbəb olan artıq 21-ci xromosom hüceyrələrdən çıxarılıb. Normal hüceyrə funksiyasının bərpasında uğur ehtimalı 37,5 faizədək qiymətləndirilir. Prosedurdan sonra hüceyrələrdə əsas göstəricilər normallaşıb.
Bununla belə, alimlər bildirirlər ki, əməliyyat zamanı digər xromosomlara zərər yetirilməsi riski səbəbilə bu metod hələ ki tibbi praktikada tətbiq olunmayacaq. Daha geniş araşdırmalara ehtiyac var.