Ağsu xəstəxanasının direktoru işdən çıxarıldı

Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb. Əmrə əsasən, xəstəxananın direktoru Gülnarə Muxtarova öz ərizəsi ilə işdən çıxarılıb.
Ağsu Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-a faktı təsdiqləyiblər. Bildiriblər ki, G.Muxtarova oktyabrın 21-də tutduğu vəzifədən azad edilib, hələlik həmin vəzifəyə yeni təyinat yoxdur.
Samir Əli