Ağır vəziyyətdə doğulan əkizlərin vəziyyəti yaxşılaşıb, evə yola salınıblar
Bakı, 17 fevral, AZƏRTAC
Ağır vəziyyətdə 32 hestasiya həftəsində doğulan əkizlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna çatdırılıb.
AZƏRTAC Elmi-Tədqiqat Pediatriya İnstitutuna istinadla bildirir ki, onlara anadangəlmə pnevmoniya, doğuş zamanı az bədən çəkisi, tənəffüs problemi, perinatal dövr üçün dəqiqləşdirilmiş infeksiya diaqnozları qoyulub.
Aparılan planlı müalicələrdən sonra körpələrin vəziyyəti yaxşılaşıb və evə yola salınıblar.