Ağdamda atası tərəfindən döyülən ikiyaşlı Musanın vəziyyəti açıqlanıb

Ağdamda avqustun sonunda atası tərəfindən döyülərək ağır xəsarətlər alan ikiyaşlı Musa Rəhimovun vəziyyəti açıqlanıb.

Oxu.Az-ın məlumatına görə, hazırda onun vəziyyəti stabildir, təhlükəli mərhələni geridə qoyub.

Xatırladaq ki, bu il avqustun 27-də Musa Rəhimov ağır vəziyyətdə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Durumunun ağır olması səbəbindən onun Bakıya – Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunmasına qərar verilib. Hazırda da müalicəsi orada davam etdirilir.