Ağciyər Xəstəlikləri Mərkəzinə direktor TƏYİNATI

Ağciyər Xəstəlikləri Mərkəzinə direktor TƏYİNATI

Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub.

Oxu.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilovun təqdimatı ilə Mərkəzin direktoru vəzifəsi Nəhmət Rəhmanova həvalə olunub.

Qeyd edək ki, Nəhmət Rəhmanov bundan əvvəl TƏBİB-in İlkin səhiyyə xidməti departamentinin Xidmətlərin təşkili şöbəsinin müdiri vəzifəsini icra edib.