Uaşqlar üçün A vitamini barədə: Həkim-mütəxəssis Nərmin Əzizova
A vitamini
Yenidoğulanlar vitamin A səviyyəsi qanda aşağı doğulur. Ana südü ilə qidalanan körpədə ilk bir neçə ay səviyyədə konsentrasiyası artır.
A vitamini çatışmazlığı ilə risk faktorları aşağıdakılardır:
- PEM (zülal enerji malnutrasiyası)
- Qızılca
- Ciddi ishal
- Pnevmoniya
A vitamini dəstəyi kimlərə təyin olunmalıdır?
Malabsorbisya Çölyak xəstəliyi, Kistik fibroz, xolestatik qaraciyər xəstəliyi keçirənlərə;
- Malnutrisya;
- 6 aydan aşağı qastroenterit şikayəti ilə xəstəxanada müalicə olunanlara;
- Qızılca səbəbi ilə xəstəxanaya müalicə olunanlara;
- Pankreas xəstələrinə;
- Düzgün qidalanmayan şəxslərə (vegetraianlıq, yumurta və süd məhsulları alma məhdudluğu);
- Kron xəstəliyi diaqnozu olan xəstələrə.
Kimə A vitamini dəstəyi verilməlidir?
İlk 6 ay uşaqlara profilaktik olaraq A vitamini verilməsinə ehtiyac yoxdur;
- 6-59 ay ərzində A vitamin çatışmazlığına bağlı olaraq klinik əlamətlər varsa verilə bilər;
- <2 yaş ağır qızılca, 2 doz 200,000 IU A vitamini verilə bilər. Bu da yoluxucu xəstəlikdən ölüm riskini azaldır.
Xüsusi qeyd: Sağlam uşaqlarda 300.000 IU (tək doz) intoksikasiyaya səbəb ola bilər. Vitamin A verdikdə diqqətli olunmalıdır. A vitaminini hər gün və ya həkim icazəsi məsləhəti olmadan qəbul etməyə ehtiyac yoxdur.
Nərmin Əzizova
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkimi və dissertantı,
Azərbaycan Tibb Universitetinin I Uşaq Xəstəlikləri kafedrasının əməkdaşı