95 yaşın mübarək şanlı Türkiyə Cümhuriyyəti !!!

Baxış
38

Türkiyədə Cümhuriyyət bayramı — 1924-cü ildən etibarən hər il 29 oktyabr tarixində Türkiyədə qeyd olunan dövlət bayramı

1922-ci ildə səltənətin qaldırılmasından sonra Türkiyə dövlətinin siyasi quruluşunun yəkun təsbiti məsələsi 1923-cü ilin oktyabrında cumhuriyyətin elanı ilə həll edildi. 6 əsr ərzində türk-islam monarxiyası şəklində həyat sürən Türkiyə dövləti TBMM-in 29 oktyabr tarixli qərarı ilə həyatına respublika kimi davam etmişdir. Cumhuriyyətin elanından sonra ilk Prezident seçilən Mustafa Kamal Paşa Türkiyənin Dövlət-i Aliyədən (Osmanlı sistemi) yeni siyasi rejimə faktiki keçidini şərtləndirən geniş miqyaslı islahatların banisidir. 1924-cü ildən etibarən keçirilməyə başlayan bayram Türkiyənin bütün şəhərlərində, Şimali Kipr Türk Respublikasında (KKTC) və dünyanın bütün ölkələrindəki Türkiyə səfirliklərində qeyd edilir.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin