6 ayda tibb müəssisələrindən kənar 21 doğuş qeydə alınıb
Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 1841 nəfərdən çox olub. Ürək-qan damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı 77923, hospitalizasiya 6688, miokard infarktı ilə müraciətlərin sayı 526, hospitalizasiya 496, insultla müraciətlərin sayı 1963, hospitalizasiya 1709 olmuşdur. Keçən ilin 6 ayı ilə müqayisədə miokard infartı və insultla bağlı müraciətlərin sayında artım müşahidə olunub.
Sinir sistemi xəstəlikləri ilə əlaqədar müraciətlərin sayı artdığından, belə xəstələrə göstərilən tibbi yardımın keyfiyyətini yüksəltmək məqsədi ilə, nevrologiya üzrə ixtisasartırma kurslarında dəfələrlə iştirak etmiş həkimlərdən ibarət xüsusiləşmiş briqadalar fəaliyyət göstərir. Doğuşla bağlı müraciətlərin sayı 2680, hospitalizasiya 2612; tibb müəssisəsindən kənar doğuşların sayı 21 olub ki, hamısı hospitalizasiya olunub. Beləliklə tibb müəssisəsindən kənar doğuşların sayında 36 nəfər azalma qeydə alınıb. Hospitalizasiyadan imtina edilən hər bir hal barəsində Bakı Baş Səhiyyə İdarəsinə, ərazi üzrə qadın məsləhətxanasına, poliklinikaya, hüquq mühafizə orqanlarına məlumat verilmiş, ünvana polis əməkdaşları dəvət olunub. BŞTvəTTYS-nın bölmələrinə (ambulator) birbaşa müraciətlərin sayı 17314, onlardan 1374-ü hospitalizasiya olunub. Ümumi müraciətlərin içində 11933-i bədbəxt hadisələrdir ki, 8335-i hospitalizasiya olunub. Zədələnmələrin ümumi sayı 10570, 6164 hospitalizasiya olunub. Statistik rəqəmlərə əsasən 2018-ci ilin 6 ayı ərzində BŞTvəTTYS-na nəqliyyat hadisəsi səbəbindən 1122 müraciət daxil olmuşdur. Bu hadisələr nəticəsində 983 nəfər hospitalizasiya olunub. Ötən il ilə dövrü ilə müqayisədə avtoqəzaların sayında azalma müşahidə olunur.
Belə ki, 2017-ci ilin6 ayı ərzində baş verən 1179 nəqliyyat hadisələri nəticəsində1037nəfər hospitalizasiya olunmuşdur. Pediatrik reanimasiya briqadalarının işi təkmilləşdirilib. Belə ki,Səhiyyə Nazirliyi tərəfindən ayrılmış yeni küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən 15 nəfər və paytaxtın doğum evlərində anadan olmuş az çəkili və ya ağır qüsurlarla doğulmuş körpələr Respublika Perinatal Mərkəzinə, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna hospitalizasiyası icra edilib.
Təcili tibbi yardıma ehtiyacı olan 226 nəfər yaşayış yeri məlum olmayan şəxs, ilkin tibbi yardım göstərilərək cərrah, travmatoloq, toksikoloq və rentgen müayinəsindən keçdikdən, təmiz geyimlə təmin edildikdən sonra müvafiq xəstəxanalara yerləşdirilib. BŞTvəTTYS-nın təcili yardım briqadaları poliklinikalar tərəfindən laborator müayinələrin aparılması üçün götürülən materialların daşınmasında yaxından iştirak edir. Belə ki, 2018-ci ilin 6 ayı ərzində 3059-ə yaxın laborator daşınma icra edilib. 2018-ci il ərzində BŞTvəTTYS tərəfindən sənədləşmə işlərinin təkmilləşdirilmiş formada aparılır. Belə ki, təcili tibbi yardımın müasir tələblərə cavab verən, təcili tibbi yardım həkiminin sənədləşmə işinə sərf etdiyi vaxta qənaət etmək məqsədi ilə yeni “Çağırış vərəqi” forması, yenidoğulmuş və körpələrin bir tibb müəssisəsindən digərinə daşınması zamanı tərtib edilən “Neonatal daşınma vərəqi”, “Gündəlik iş vərəqi” formasından istifadə edilir. Onların elektron variantı da hazırlanır.
“Çağırış vərəqi” formasının elektron variantı planşetlərə yüklənərək təcili tibbi yardım həkimlərinin istifadəsinə verilməklə elektron səhiyyənin inkişafına, vətəndaşların sağlamlığı vəziyyətinə “Elektron sağlamlıq kartı” vasitəsilə elektron nəzarət sisteminin tətbiqinə yardım etmiş olacaq. Stansiyanın 21 bölməsinin hamısına internet xətti çəkilmiş və kameralar quraşdırılaraq rəhbərlik, həmçinin əməliyyat və hospital işlərin təşkili şöbəsi tərəfindən bölmələrin işinə nəzarət gücləndirilib.
BŞTvəTTYS-na müraciət edən şəxslərin xəstəxanalara səmərəli yerləşdirilməsi məqsədi ilə əməliyyat və hospital işlərin təşkili şöbəsi tərəfindən gündəlik olaraq Bakı şəhərinin tibb müəssisələrində mövcud olan boş çarpayıların sayı barədə məlumat toplanır ki, bu da hospitalizasiya zamanı meydana çıxan problemlərin qarşısını alır və o cümlədən xəstələrin ərazi üzrə müvafiq bölgüsünə yardım etmiş olur. Təcili tibbi yardım göstərilməsi məqsədi ilə istifadə olunan dərman preparatlarının siyahisi müalicə metodik şöbə tərəfindən mütəmadi olaraq araşdırılır. Ağır xəstələrin evdə rentgen müayinəsinin aparılması məqsədi ilə BŞT və TTYS rəqəmsal və analoji rentgen apparatları ilə təmin olunub, ağır yataq xəstələrinin rentgen müayinəsinin aparılmasına tibbi göstəriş olarsa, portativ rentgen apparatı ilə evdə rentgen müayinəsi aparılır. Həmçinin BŞTvəTTYS-nın evdə laborator müayinəsi apara bilən xüsusi briqadası da mövcuddur və əhaliyə yüksək səviyyədə xidmət edir.
BŞTvəTTYS-nin əlavə hazırlıq keçmiş həkim və orta tibb işçiləri 2018- ci ildə iyun ayında keçirilən “BMX” Racing növü üzrə dünya cempionatı, Formula yarışları, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə birlikdə 24, həmçinin 881-dən artıq ümumi tədbirləri, o cümlədən 91 dövlət tədbiri, 482 idman, 284 digər tədbirlər zamanı zəruri hallarda tədbir iştirakçıları və şəhərimizə gələn qonaqlara ilkin tibbi yardım göstərməklə yaxından iştirak ediblər.
Fəlakətlər və kütləvi hadisələr zamanı zərərçəkənlərə tez və keyfiyyətli tibbi yardım göstərilməsi məqsədi ilə beynəlxalq təlabatlara cavab verən yeni çeşidləmə, kartları ilə işləmə qaydasını aşılamaq üçün, bölmələrdə mütamadi təlim məşqləri keçirilir və tibb işçilərinin praktik bilikləri qiymətləndirilir. Təcili və təxirəsalınmış tibbi yardım həkimləri ixtisas hazırlıqlarının təkmilləşdirilməsi məqsədi ilə Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda təkmilləşdirmə kurslarında iştirak ediblər. BŞTvəTTYS – nin bütün həkim heyəti sertifikasiyadan keçmiş, bir çoxları yüksək ixtisas dərəcələri alıb.
Orta tibb heyətinin tam sertifikasiyası başa çatıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göstərişi ilə 2016-cı ildən etibarən Tibb Universitetinin rezidenturasını bitirmiş həkimlərin BŞTvəTTYS-da işlə təmin olunmasına başlanıb. Stansiyada psixoloq fəaliyyət göstərir və bölmələrin kollektivi ilə mütəmadi olaraq görüşərək, psixoloji yardıma ehtiyacı olanlara müvafiq yardım göstərir.