51 yaşlı tibb bacısı ürəyinə bıçaq vurub, vəziyyəti ağırdır
Baxış
23
Goranboyda qadın bıçaqla özünə xəsarət yetirib.
Gencexeber.az-ın məlumatına görə, Goranboy şəhər sakini, 1975-ci il təvəllüdlü Sevil Hacı qızı Əliyeva döş qəfəsinin kəsilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Qadına dərhal tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, S.Əliyeva Goranboy Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyir. Onun hansı səbəbdən özünə xəsarət yetirdiyi hələlik məlum deyil.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Mənbə: https://gencexeber.az/butun-xeberler/51-yasli-tibb-bacisi-ureyine-bicaq-vurub-veziyyeti-agirdir
Şərhlər (0)