5-dən çox uşağı olan 2904 qadın - Onlar bu rayonlarda yaşayır

2018-ci ilin 6 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizdə beşdən çox uşağı olan 2904 qadının 18 yaşına çatmamış 8906 uşağına aylıq sosial müavinət ödənilir.
Bunu AzVision.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib. Onun sözlərinə görə, beşdən çox uşağı olduğuna görə hər bir uşağına aylıq sosial müavinət ödənilən qadınların sayı CəlilabadYardımlıYevlaxAstaraLerikQuba rayonlarında üstünlük təşkil edir.

Qeyd edək ki, Prezident İlham Əliyevin 27 dekabr 2013-cü il tarixli “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” fərmanı ölkəmizdə çoxuşaqlı anaların sosial müdafiəsinin gücləndirilməsində əhəmiyyətli rol oynayır.

Fərmana əsasən, 2014-cü ilin əvvəlindən beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə aylıq sosial müavinət verilir.

Aytən Zəhra
AzVision.az