Dünya Uşaq Hüquqları günü ölkəmizdə də qeyd edilmişir
“Azərbaycan cəmiyyətində uşaq ən ali dəyərdir. Ailə fəlsəfəmizdə uşaq ailənin xoşbəxtliyinin, firavanlığının və özünə inamın simvoludur”. Bu fikirlər 20 noyabr tarixində keçirilən Azərbaycan Uşaqlarının 4-cü respublika Forumunda səsləndirilmişdir. Forumun əsas məqsədi uşaq hüquqlarının qorunması və təbliği, uşaqlarla bağlı siyasi və hüquqi qərarların qəbulu, onlara öz problemlərini səsləndirmək imkanı yaratmaqdır.
Foruma Azərbaycanın bütün şəhər və rayonlarından 6-18 yaş arası 380 uşaq qatılmışdır. İlk əvvəl Forumda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təbrik məktubu oxunmuş, daha sonra isə səhnə uşaqların ixtiyarına verilmişdir.
Azərbaycan Uşaqlarının 4-cü respublika Forumunda xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud olan, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar da iştirak ediblər.
Qeyd edək ki, 1956-cı ildən etibarən noyabrın 20-si Dünya Uşaq Hüquqları Günü kimi qeyd edilir. Bu gün Azərbaycanda uşaqların sayı 2 milyon 800 mindən artıqdır. Uşaq hüquqlarının qorunması, uşaqların sağlam və qayğısız böyüməsi üçün dövlət siyasəti uğurla həyata keçirilir.
cbc.az