15 günlük körpənin üzərinə qaynar su dağıldı

Baxış
27

Sumqayıt şəhərində 15 günlük uşaq qaynar sudan yanıb.

Femida.az xəbər verir ki, 2018-ci il təvəllüdlü yerli sakin Əliyev Əli Hətəmxan oğlu yaşadığı İnşaatçılar qəsəbəsi, ev 3/36 mənzil 9 ünvanında nəzarətsiz qalıb və üzərinə qaynar su dağılıb.

O, ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Azyaşlı 15 gün bundan öncə dünyaya gəlib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin