12 may – Beynəlxalq Tibb Bacıları Günü kimi qeyd olunur
12 may – Beynəlxalq Tibb Bacıları Günü, insan sağlamlığı naminə böyük fədakarlıq göstərən, şəfqəti və səbrilə seçilən tibb bacılarına həsr olunmuş əlamətdar gündür. Bu tarix, müasir tibb bacılığı elminin banisi sayılan Florens Naytinqeylin doğum günü ilə bağlıdır və 1965-ci ildən etibarən dünyada qeyd olunur.
Tibb bacıları səhiyyə sisteminin görünməyən qəhrəmanlarıdır. Onlar yalnız tibbi yardım göstərmirlər, həm də xəstəyə mənəvi dayaq, uşaqlara isə qoruyucu mələk olurlar.
Pediatriyada isə onların rolu xüsusilə dəyərlidir – körpələrin göz yaşını silən, ilk gülümsəməsinə şahid olan insanlar məhz onlardır.
Sizin şəfqətiniz, səbriniz, vəfalı əlləriniz minlərlə uşağın üzündə təbəssüm, valideynin gözündə ümid yaradır. Uşaqlar üçün həyatın ilk nəfəsində, ilk ağrısında, ilk müalicəsində yanlarında olan sizsiniz. Hər toxunuşunuz şəfa, hər baxışınız güvən deməkdir. Siz sadəcə tibb bacısı yox, balaca ürəklərin qəhrəmanısınız.
Pediatriya.az kollektivi olaraq bütün tibb bacılarını bu əlamətdar gün münasibətilə səmimi-qəlbdən təbrik edirik! Gününüz mübarək olsun!
Hörmətlə,