11 yaşlı oğlanın qaraciyərindən nəhəng qurd çıxarıldı - Azərbaycanda - FOTO (18+)

Baxış
24

Azərbaycanda 11 yaşlı oğlan uşağı qarında dəhşətli ağrılar, ürəkbulanma şikayətləri ilə həkimə müraciət edib. Müayinə nəticəsində məlum olub ki, uşağın qaraciyərində 12 sm ölçüdə qurd kistası – Exinokokk vardır. Bir müddət dərman müalicəsi aldıqdan sonra cərrahi əməliyyat aparıldı.

Femida.az medicina.az-a istinadən xəbər verir ki, uşaq cərrahiyyəsi uzmanı Fuad Hüseynov qaraciyərin 7-8 seqmentində diafraqmaya bitişik yerləşən nəhəng kistanı çətin cərrahi texniki üsullarla xaric etməyi bacardı.

Uğurlu əməliyyatdan 3 gün sonra uşaq evə yola salınıb.

Uşaq üçün olduqca böyük hesab olunan Exinokokun orqanizmə ev heyvanları ilə təmasdan yoluxduğu təxmin olunur.

 

 

 

Femida.az

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin