Dəyərli media nümayəndələri, bayramınız mübarək !

22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün qələm əhli, mətbuat işçiləri və informasiya cəbhəsinin əvəzolunmaz nümayəndələrini Pediatriya.az kollektivi adından səmimi qəlbdən təbrik edirik!
Sizin yazdığınız hər sətir, paylaşdığınız hər doğru informasiya cəmiyyətin maariflənməsində, ictimai şüurun formalaşmasında və xüsusən də sağlam gələcəyin qurulmasında əvəzsiz rol oynayır. Qərəzsiz, vicdanlı və maarifləndirici jurnalistikanın gücünə inanırıq!
Pediatriya.az olaraq biz də cəmiyyətin sağlamlığı və maariflənməsi yolunda fəaliyyət göstərən mətbuat ailəsinin bir üzvü olmaqdan qürur duyuruq.
Uğurlarınız bol, qələminiz iti, sözünüz təsirli olsun!
Sağlam və məlumatlı cəmiyyət naminə birgə çalışmağa davam edirik.
Hörmətlə,
Pediatriya.az komandası adından
Həkim Nərmin Əzizova