1 nömrəli Şəhər Poliklinikasında “Açıq qapı” günü keçirilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə Bakı Baş Səhiyyə Mərkəzinin nəzdində fəaliyyət göstərən 1 nömrəli Şəhər Poliklinikasında media nümayəndələri üçün “Açıq qapı” günü təşkil olunub. Tədbirin əsas məqsədi poliklinikanın fəaliyyəti ilə iştirakçıları yaxından tanış etmək, peyvənd prosesini izləmək və onların suallarını cavablandırmaq olub.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova bildirib ki, respirator virus infeksiyalarına qarşı qorunmanın ən effektiv yolu peyvənd olunmaqdır:
“2024-cü ilin sentyabr ayından 2025-ci ilin yanvar ayınadək tibb müəssisələrimizdə ümumilikdə 34 min 148 nəfər qrip əleyhinə peyvənd olunub. Onlardan 4 min 431 nəfəri 0-17 yaş, 29 min 717 nəfəri isə 18 yaşdan yuxarı vətəndaşlarımızdır. Bu rəqəmlər insanların peyvəndə olan etimadının artdığını göstərir”.

TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva isə vurğulayıb ki, mövsümi xarakter daşıyan qrip əleyhinə inaktivləşdirilmiş vaksinlər xüsusilə uşaqlar, yaşlılar, xroniki xəstəlikləri olan şəxslər və tibb işçiləri üçün həyati əhəmiyyət daşıyır:
“Oktyabrın 8-dən bu günədək 741 nəfər qrip əleyhinə peyvənd olunub. Onlardan 641 nəfəri Bakıda yerləşən ilkin səhiyyə müəssisələrindədir. Aktivlik müşahidə olunan bölgələr isə Sumqayıt, Qəbələ, İsmayıllı, Qobustan, Xaçmaz və Ağdaşdır”.

1 nömrəli Şəhər Poliklinikasının baş həkimi Təranə Nurəlibəyova isə iştirakçılara müəssisənin fəaliyyəti barədə məlumat verib. Onun sözlərinə görə, peyvəndləmə prosesi “soyuq zəncir” sisteminin tələblərinə uyğun həyata keçirilir və həm böyüklərə, həm də 6 aydan yuxarı uşaqlara tətbiq olunur.

Tədbirin sonunda media nümayəndələri könüllü olaraq qrip əleyhinə peyvənd olunub. “Açıq qapı” günü sual-cavab sessiyası ilə başa çatıb.

Возможно, это изображение один или несколько человек и текст

Возможно, это изображение один или несколько человек, больница и текст

Возможно, это изображение один или несколько человек

Возможно, это изображение один или несколько человек

Возможно, это изображение один или несколько человек, больница и текст

Возможно, это изображение один или несколько человек, отдел новостей, больница и текст

Возможно, это изображение больница

Возможно, это изображение один или несколько человек, акупунктура и больница

Возможно, это изображение ребенок и больница

Возможно, это изображение больница

Возможно, это изображение больница

Возможно, это изображение один или несколько человек, отдел новостей и текст

Возможно, это изображение один или несколько человек и текст «BAKIBAŞSHİYY BAKI BAŞ MaRKaZi TaBİ "bbi arazi Bölmago Idaraetma IdaraetmaBirtiy Birliy. PE 楽しくぐあ館 4D ID YAŞADIR! astalik asiz ΑΑΣ ท N NEGT BEALTY ZiM EDIA IA d itrend ปนขยมน»