1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ödənişsiz tibbi müayinələr keçiriləcək

K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə xüsusi tibbi aksiya təşkil olunacaq. Aksiya çərçivəsində xarici mütəxəssislər tərəfindən uşaqlara təmannasız tibbi müayinə həyata keçiriləcək.
Müayinələrdə iştirak edəcək həkim heyətinə xarici pediatr, uşaq kardioloqu, uşaq endokrinoloqu və uşaq qastroenteroloqu daxildir. Bu, valideynlər üçün övladlarının sağlamlığını peşəkar həkimlərin nəzarətindən keçirmək baxımından əvəzsiz fürsət olacaq.
Qeydiyyat zəruridir!
Müayinədə iştirak etmək üçün öncədən qeydiyyat tələb olunur. Qeydiyyat zamanı uşağın şəxsiyyət vəsiqəsi, yaşı və sağlamlıq vəziyyəti barədə qısa məlumat təqdim olunmalıdır.
📞 Əlaqə və qeydiyyat üçün: 055 839 97 93