1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün – 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.

Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

Pediatriya.az, uşaqlarımızı və onların valideynlərini bu gözəl gün münasibətilə təbrik edir, daima uşaqlarımızın sağlam, xoşbəxt olmalarını arzu edir.