01 dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Günüdür
Ümumdünya QİÇS-lə Mübarizə Günü hər il dünyada dekabrın 1-də qeyd edilir. Dünyada HİV virusunun artım sürəti təqvimdə onunla bağlı beynəlxalq gün ayrılmasına səbəb olub. Bütün dünyada həmin gün QİÇS epidemiyası haqqında, onun bəşəriyyət üçün doğurduğu fəlakətinin miqyası, XX əsrin vəbası hesab olunun infeksiyanın XXI əsrə adlayaraq təhlükə törətməsi barədə danışılır.
AZƏRTAC xəbər verir ki, Ümumdünya QİÇS-lə Mübarizə Günü 1988-ci ildən qeyd edilir. 1981-ci il iyunun 5-də Amerikada Xəstəliklər Üzərində Nəzarət Mərkəzinin aşkar etdiyi QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) bəşəriyyətin üzləşdiyi ən dəhşətli xəstəliklərdən birinə çevrilib. Həmin günün beynəlxalq səviyyədə qeyd edilməsi dünyanın bütün regionları üzrə yayılan HİV-infeksiyanın və QİÇS-in pandemiyası ilə mübarizədə səylərin birləşdirilməsinə xidmət edir.
Statistikaya görə, hazırda dünyada 15 yaşdan 39 yaşa qədər olan əhali arasında 35 milyon nəfərdən çox immun çatışmazlığı virusuna yoluxan var.
QİÇS-in əsas əlamətlərindən xəbərdar olaq
1. Qızdırma – İlkin əlaməti 38.35 dərəcə qızdırma olmasıdır. Qızdırmayla yanaşı, yorğunluq, şişmiş linfalar, boğaz ağrısı kimi əlamətlər də özünü büruzə verir. Bu zaman virus qana doğru hərəkət edir.
2. Yorğunluq – İmmunitet sisteminin virusa qarşı mübarizə göstərməsi zamanı bədənin ifraz etdiyi inflamator maddələr bədənə yorğunluq və əzginlik hissi verir. Yorğunluğa bəzən virusun sonrakı dönəmlərində də rastlamaq mümkündür.
3. Qarışıqlıq və diqqət pozğunluğu – QİÇS yaddaş problemləri, qəzəb və əsəbilik kimi davranışlarla da özünü göstərir.
4. Oynaq ağrısı, əzələ ağrıları, şişmiş linfa düyünləri olanda bəzən bunun qrip, viral infeksiya, sifilis, hepatitlə əlaqəli olduğu düşünülür. Ancaq bu göstəricilərlə yanaşı, QİÇS zamanı qoltuq nahiyələrində, oynaq və boyun nahiyələrində limfa düyünləri olur.
5. Boğaz və baş ağrısı – Əgər bu əlamətlər çox tez-tez baş verirsə, QİÇS testi elətdirməniz yaxşıdır. QİÇS ilk dönəmlərdə daha çox yoluxucu olur və 1 testlə kifayətlənmək olmaz. Mütləq fərqli testlər edilməlidir.
6. Dəridə töküntülər baş verə bilər – Qaşınmalara səbəb olan çəhrayı rəngli səpgilər dərinin görünən yerlərində olur. Əgər bu səpgilərin əsl səbəbi bilinməzsə, QİÇS testi etdirməniz vacibdir.
7. QİÇS-ə yoluxan insanların 30-60 faizində ilk dövrlərdə mədə bulantısı, qusma və ishal kimi əlamətlər büruzə verir. Anti-retroviral müayinəsi zamanı bu virus ortaya çıxa bilər. Sağlam immunitet sistemi olan insanlarda bu əlamətlər görülməyə də bilər.
8. Çəki azalması və ishal QİÇS-in əlamətlərindən biridir. Normadan artıq çəki azalması immunitet sisteminin zəiflədiyi anlamına gəlir. İnsan çəkisinin birdən-birə 10 kq azalması və 30 gün ərzində yaşanan qızdırma və halsızlıq zamanı QİÇS-ə yoluxma riski yüksək olur.
9. Dırnaqlarda dəyişiliklər – Dırnaqlarda rəng dəyişimi və qalınlaşma baş verir.
10. Ağızda çıxan uçuqlar və genital bölgədəki uçuqlar ARS və QİÇS infeksiyası əlamətlərindən ola bilər. Uçuqlar da QİÇS-ə yoluxma riskini yüksəldir. Genital bölgədəki uçuqlar cinsi yaxınlıq zamanı QİÇS virusuna yoluxmaya səbəb olur.