Yusif və Zəhra yenə də yenidoğulanlara qoyulan adlar arasında birinci oldu
Bakı. İlhamə İsabalayeva – Trend:
2018-ci ildə Azərbaycanda yeni doğulan oğlan uşaqlarına daha çox Yusif, qız uşaqlarına isə Zəhra adı qoyulub.
Trend-in məlumatına görə, ötən il Azərbaycanda 2 505 oğlana Yusif, 2 129 oğlana Əli, 1 929 oğlana Hüseyn, 1 569 oğlana Ömər, 1 381 oğlana Məhəmməd adı qoyulub.
Ötən il oğlanlara çox qoyulan adlar sırasında Murad, Uğur, Ayxan, Tunar, İsmayıl və s. də olub.
2018-ci ildə 2 515 qıza Zəhra, 1 700 qıza Nuray, 1 408 qıza Fatimə, 1 604 qıza Zeynəb, 1 610 qıza Aylin, 1595 qıza Məryəm adları verilib.
Qızlara qoyulan adlar sırasında isə Mələk, Ayan, Dəniz, Mədinə, Xədicə, Leyla və s. də yer alıb.