Yenidoğulan körpənin skrininq müayinəsi olaraq zəruri testlərin aparılması: Həkim Nərmin Əzizova

Yenidoğulan körpənin skrininq müayinəsi olaraq zəruri testlərin aparılması

Topuq qan testi – körpənin dabanından bir neçə damcı qan götürülür, filtr kağızın üzərinə hopdurulur və qan quruduqdan sonra skrininq testi aparılır. Metabolik xəstəliklər baxımından skrininq testlər doğuşdan 3-7 gün sonra nümunə götürülməlidir. Bu test vasitəsilə fenilketonuriya, kistik fibroz, biotinidaz, anadangəlmə hipotirodizm, glükoza 6 fosfat dehidrogenaza və sair xəstəliklərin müayinəsi aparılır.

Son bir ayda 700-dən çox uşaqdan topuq testi götürülüb

Eşitmə testi –  eşitmə itkisinin uşaqlar arasında rast gəlmə tezliyi 1000 uşaqdan 1-6 arasında dəyişir. Yenidoğulan dövrdə ailədə irsi eşitmə itkisi, aşağı çəki, hiperbilirubinemiya, ototoksik dərman istifadəsi, sepsis, menengit, aşağı Apgar balı və uzun müddət mexaniki ventilyasiya kimi anamnestik risk faktorları olduqda bu rastgəlmə tezliyi arta bilər. Doğuşdan sonra 12-24 saat ərzində, qidalanmadan yarım saat sonra, təbii yuxuda həkim tərəfindən bütün yeni doğulmuş körpələrin skrininq edilməsi ideal hesab olunur.Skrininqdə istifadə olunacaq üsul uşağın nitqi və normal inkişafı üçün lazım olan tezlik bölgəsində 30 dB və daha yuxarı eşitmə itkisini aşkar edə bilməlidir.

Yenidoğulmuşların eşitmə skrininqinə cəlb edilməsi vacibdir"

Görmə skrininqi – əsasən qırmızı refle testi istifadə olunur. Belə ki, qırmızı refle (əks etdirmə) testi ilə görmə və katarakta, qlaukoma, retinoblastoma, torlu qişa xəstəlikləri, okular əlaməti olan sistem xəstəlikləri və yüksək dərəcəli refraktiv qüsurları aşkar etmək mümkündür.Oftalmoskop hər göz bəbəyinə təxminən 30-45 sm məsafədə yerləşdirilir, sonra oftalmoskopun işığı təxminən 90 sm məsafədən uşağın hər iki gözünü eyni anda işıqlandırmaqla baxılaraq müayinə aparılır. Qırmızı refle (əks etdirmə) hər iki gözdən əks olunmalı və simmetrik olmalıdır. Ən geci 3 ay ərzində yenidoğulan körpənin müayinəsində diqqət edilməlidir.

Развитие зрения у ребенка с рождения до 1 года. | Блог о здоровье в клинике "Скандинавия"

Bud çanaq oynağının displaziyası – bətndaxili dövrdə bud sümüyü meydana gətirən strukturların normal inkişaf etməsinə baxmayaraq, bud oynağının zədələnməsinə səbəb olan, doğuşdan sonra müxtəlif səbəblərdən struktur pozulmaları göstərən dinamik və mexaniki bir xəstəlikdir. Pediatrik həkim müayinələrdə Ortolani ve Barlow testleri aparılaraq müayinə edilsə də, bu müayinələr kifayət qədər olmayıb bud çanaq oynağının ultrasəs müayinəsinə də ehtiyac vardır. Müxtəlif fikirlər olsa da, doğuşdan sonrakı 4-6 həftə dövr ərzində bu müayinənin aparılması məsləhət görülür.

Bud-çanaq oynağı displaziyası nədir, formaları və müalicəsi

A vitamini: Həkim-mütəxəssis Nərmin Əzizova

Nərmin Əzizova

Pediatriya.az saytının təsisçisi