Yeni doğulanlar daha çox hansı ölkədə ölür?
Pakistanda yeni doğulan körpələr arasında ən yüksək ölüm səviyyəsi qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə YUNİSEF-in hesabatında qeyd edilir.
Hesabata əsasən dünyada hər il 2 milyon 600 min yeni doğulan körpə ölümü qeydə alınır.
Pakistanda bu hal daha acınacaqlıdır. Belə ki, bu ölkədə hər 1000 körpəyə 46 ölüm halı baş verir.
Hesabata əsasən ikinci yerdə Cənubi Afrika Respublikası, üçüncü yerdə isə Əfqanıstan qərarlaşıb.
Ən az ölüm halı isə Yaponiyada qeydə alınıb. Bu ölkədə 1000 körpəyə 1 ölüm halı baş verir. Yaponiyadan sonra isə ən az körpə ölümü İslandiya və Sinqapurda qeydə alınıb.
Trend