Uşaqlarda yuxu problemləri

Yuxuya gedə bilmənin ən əsas şərtlərindən biri fiziki və ruhi olaraq “rahat” ola bilməkdir. Yuxu problemləri dedikdə əsasən uşağın gecə saatlarında 3 dəfədən artıq oyanması, gecələr oyanıq dövrün 60 dəqiqədən artıq və ya  ümumi olaraq gündəlik yatma müddətin 9 saatdan az olmasıdır.

Uşaqlar yuxuya getməkdə niyə çətinlik çəkirlər?

Burada bir sıra amilləri vurğulamaq lazımdır:

  • Fiziki (tibbi) problemlər – uşaq yuxuya getməkdə problem yaşayırsa və ya yuxudan tez-tez durursa; xüsusən bu hallarda ağlama, həddən çox tərləmə, ağrı və s. kimi müşahidə edilirsə bu dövrdə ilk olaraq səbəb müəyyən edilməlidir. Fiziki amillərə uşağı narahat edən səbəblərdən tutmuş hətta otaq istiliyi də ola bilər.
  • Qorxu – uşaqların inkişafında onların yaşına uyğun olaraq qayğı və qorxuları vardır. Bu qorxu və qayğı uşağın yuxuya getməyini çətinləşdirir.
  • Yuxu rejimi – yuxu rejimi tez-tez dəyişilən və ya rejimi olmayan uşaqların bioloji saatları formalaşmır.
  • Ailə daxili problemlər- valideynlər arasındakı problemlər, valideynlər arasında və ya ana övlad arasında münasibətdə olan problemlər özü də yuxu rejimini pozur.
  • Ana-ata münasibətləri – yatağında yatızdırılmayan, valideynləri ilə birgə yatızdırılan, ayaqda salladaraq yatızdırılan uşaqlar problemlər yaşayırlar. Hətta bəzən gün ərzində baş vermiş hər hansı bir hadisə və ya uşağın valideynləri ilə gün ərzində münasibət qurmamasıda yuxu probleminə səbəb ola bilər.

Təqribi olaraq uşaqların günlük yatma saatları aşağıdakı kimi olmalıdır:

 

0-2 aylıq gündə ortalama 10.5-18 saat

2-12 aylıq gündə ortalama 14-15 saat

1-3 yaşında gündə ortalama 12-14 saat

3-6 yaşında gündə ortalama 10-12 saat

7-12 yaşında gündə ortalama 10-11 saat

13-18 yaşında isə 8-9 saat yuxu ehtiyacı vardır

 

Uşaqlarda çox tez tez rast gəlinən problemlər və məsləhətlər

Biz valideynlərin daha çox aşağıdakı faktorlardan şikayət etdiyini müşahidə edirik və qeyd olunan məsləhətləri veririk:

Tək yata bilməmə: Uşaqlarda ən çox rastlanan yuxu problemlərdən biridir. Qorxu, yalnız qala bilməmə, özünü sakitləşdirə bilməmə və s. səbəblərə görə uşaqlar valideynləri ilə bərabər yatmaq və ya yuxuya keçiddə valideynləri yanında istəyə bilərlər. Əsasən valideynə bağımlı olmaq ya da uşağın öz hisslərini idarə edə bilməməsidir. Bu halda uşağa valideyn hirslənməməli, öz yatağında yatmağa təşvik edilməli, səbrli olunmalıdır. Bu dövrdə uşağı yuxuya getmədən onu hazırlamaq, baş ucunda kitab oxumaq, onunla söhbət edərək hazırlamalısız. Əgər uşağınız sizinlə birgə yatırsa həftədə bir dəfə olmaqla başlanılıb ayrı yataqda yatızıdırlmalı sonra yavaş yavaş bu vərdiş halına gətirilməlidir.

Yatmamaq üçün dirəşmə. Bəzən uşaq yuxu saatı gəldikdə yatmamaq üçün əlindən gələni edir. Bu hal artıq hər gün təkrarlanırsa valideyn uşaq münasibətinə təsir göstərir Bu halda uşaqla çox səbirlə davranmaq lazımdır Yuxudan əvvəl onunla söhbət etmək və ya kitab oxumaq yuxu rejiminin uşaqda yaratmaqda ən yaxşı haldır.

Qaranlıq qorxusu. Uşaqlar çox güclü xəyal qura bilirlər. Qorxulu senaryalar tez uydurmaq imkanlarına malikdirlər. Hətta bəzən uşaq həqiqətlə fantaziyanı qarışdıra bilirlər. Yatağın altından canavarın çıxacağına, qaranlıqda bəzi əşyalar üstünə gələcəyinə inanırlar. Bu qorxuların müəyyən edilməsi və uşaqlara əsassız olduğu uyğun dillə izah edilməlidir.

Gecə qorxulu yuxu görmələr (kabuslar) 2-5 yaş arası müşahidə edilir. Uşaqların əksəriyyəti qorxulu yuxu gördüyündə oyanmırlar. Yuxudan oyandıqda qorxulu yuxu gördüyünü başa düşürlər, amma izah edə bilməz və danışa bilməzlər.

Gecə terrorizmi – 5-12 yaş arası uşaqlarda çox rast gəlinir. uşaq yuxudan oyanmadan, yarı oyaqnıq halda qışqırma, təpik atma, panika, yuxuda gəzmə, vurma, həddən artıq tərləmə kimi hərəkətlər etməsidir. 6 yaşa qədər normaldır və zərərsizdir. İşığı açmaq, uşağı qucaqlamaq, sakitləşməsi üçün qucaqlamaq ilə ən yaxşı nəticə əldə edilir. Gecə terrorizmi 30 dəqiqədən çox davam edirsə həkimlə məsləhətləşməyiniz tövsiyə olunur.

Diş qıcırtma/sıxma – diş problemi yoxdursa bu əsasən uşağın psixoloji vəziyyəti ilə bağlıdır. Bu gərginçiliyə səbəb olacaq hal müəyyən edilməli və aradan qaldırılmalıdır. Diş qıcırtması ilə bağlı saytımızda geniş məqalə vardır.

Yuxuya getmək üçün hər hansı bir əşyaya ehtiyac:  Yuxuya getməni asanlaşdıracaq əşya uşağı sanki rahatladır və anadan ayrılaraq bu əşyaya bağlanmasına səbəb olur. Bu əşya oyuncaq, yastıq, adyal və s ola bilər. Əmzik (soska), butulka da uşağı sakitləşdiirb, yuxuya getməni rahatlatdığına aid məlumatlar var. Əsas bu əşya uşaq tərəfindən seçilmiş olmalı və ehtiyacı qurtardıqda ayrıla bilməlidir.   Bu hal maksimum 5 yaşa qədər normaldır və qarşısı alınmamalıdır.  Uşaq 7 yaşında belə bu əşyanı istəyirsə bu psixoloji problemin ola biləcəyindən xüsusən valideyn uşaq münasibətində problem ola biləcəyi şübhələnilir və həkimlə məsləhətləşilməlidir.

Yuxu rejimində bilinməsi vacib olan əsas məqamlar aşağıdakılardır:

  • Doğulduqdan etibarən uşaqların yatızıdrılmalarına diqqət edilməlidir. Uşaqlar ayaqda sallayaraq, qucaqda yatızıdırılmağı sevirlər. Bunlar olmadıqda yatmaqda uşaqlar əziyyət çəkirlər. Ona görə də uşağı öyrəşdirməməyə diqqət edilməli və yaşın artması ilə birgə keçidlərin düzgün edilməsinə diqqət edilməlidir. Həmçinin bəzən ayaqda və ya beşikdə kəskin yelləmə nəticəsində beyin zədələnməsi ola bilər. Silkələnmiş körpə sindromundan uşağı qorumaq üçün ehtiyatlı və diqqətli olunmalıdır.
  • KÖrpəlikdən etibarən yuxu rejimi qurmaq məsləhət görülür. Ehtiyac qalmadıqca bu rejim dəyişdiirlməməlidir
  • Yuxu ehtiyacı yaşla bərabər dəyişdirilir. Hər uşağın günorta yatmağı və ya axşam saat 8 dən etibarən yatması vacib deyildir. Ona görə də yuxu rejimi uşağın inkişafına uyğun formalaşdırılmalıdır.
  • Əsas gecə yuxularının yaxşı tam olmasıdır. Bəzən ailələr günorta uşağın yatmamasından narahat olurlar. Amma uşağın fiziki-psixi inkişafı tam normaldırsa və gecə rahat yatırsa narahat olmağa səbəb yoxdur.
  • Uşağın yuxu rejimi formalaşdırılmağa çalışdıldığı dövürdə uşağa sərt qaydalar qoyulmamalıdır.
  • Otaq temperaturu gecə boyunca 23,8 (20-22 C) keçməməlidir.
  • Səhət yuxudan oyandırmalıdır
  • Yatmazdan əvvəl çoxlu maye qəbul edilməməlidir
  • Ac yatızdırılmamalıdır.
  • İlk aylar yenidoğulan uşaq tez-tez oyanır. 4-5 ayından etibarən uşağın eyni yerdə və saatda yatızdırlması yuxu vərdişinin formalaşmasında əsas rol oynayır. 6 cı ayın sonundan etibarən uşağın oyun, qidalanma, gəzintiyə çıxarılmaqları gündüz saatlarına keçirilməlidir. Əslində yuxu vərdişinin tam formalaşması 2 ilə qədər vaxt alır. Ailələrin qərarlı mövqe göstərmələri bu vərdişin daha tez formalaşmasına imkan verəcəkdir.
  • Uşağın öz yatağında yatması, təkcə yatması bir müddət vaxt ala bilər. Bu vərdişi qazanmaq üçün ailələr ilkin dövrdə teztez uşağın yanına gedib ona nəzarət etmək uşağı sakitləşdirə bilər.Bir gecə valideynlərinin yanında yatırsa digər gecəni öz otağında yatmağa təşviq edilməlidir. Valideynlərin yanına gəldikdə geri qaytarılma ya da oyandığında öz otağında və yatağında oyanması vacibdir. 2 yaşından sonra uşaq anası ilə bərabər yatırsa burada əsas problem uşağın valideynə bağlı olmasıdır. Bu problem həll edilməsi gələcək problemlərin qarşısını almağa imkan verəcəkdir.
  • Xüsusən 7 ci Aydan etibarən diş çıxartma dövrü başlayır və 24 aya qədər davam edir. Bu dövürdəki körpələrin yuxuya getmələri pozula bilir. Ona görə yuxu pozulmalarının bir qədər dövrü xarakter daşıdığını da bilinməlidir.
  • Bəzi tədiqatlara görə oğlan uşaqlarında yuxu problem daha çox müşahidə edilir.
  • Tablet (ipad) -telefon verilən, 2 saat və ondan çox televizyaya baxan uşaqlarda yuxu problem daha çox müşahidə edilir.

Mütəxəssis Pediatr Dr.Nərmin Əzizova