Uşaqlarda yanıq olan zaman valideynlərin yol verdiyi səhvlər - FOTO

“Uşaq çaydan, qaynar sudan yana və ya əli, hər hansı yeri sobaya, ütüyə yapışa bilər. Fərq etmir, hər bir halda ilk yardım yanıq köpüyü vurmaq deyil”.
Ölkə.Az xəbər verir ki, bunu pediadtr Aytən İsmayılzadə deyib. O bildirib ki, Düzgün ilk yardım həmin yanmış yeri axar suyun altında 15 dəqiqə saxlamaqdır:
“Çünki biz tez zamanda soyutmasaq, orada toxumaların istinin təsirindən “bişməsi”, dağılması davam edəcək və sonrakı mərhələ çətin olacaq.
Soyuq suyun altında saxladıqdan sonra yanıq köpüyü vura bilərik. Köpüyün tərkibində keyləşdirici bir maddə – pantenol maddəsi olur ki, sağalma getsin.
Əlbəttə, sağalma dərhal gedə bilməz, amma biz yaraya infeksiya düşməsini önləməliyik. Ona görə də yanığa kartof, qatıq, diş pastası, bitki tağı vurmaq olnaz. Çaytikanı yağı vurururq sağaldıcı məqsədlə amma onu da dərhal yox. Yanığın üstünə “sintomisin” məlhəm vurub steril bint ilə bağlaya bilərik”.
Həkim yanıqlardan sonra yaranan suluqlarla bağlı da məsləhət verib:
“Bu barədə də yalnış fikirlər var. Kimi deyir, suluğa dəymə, yoxsa yeri qalar, kimisi deyir, suluq qalsa, yeri qalar. Yanıq izinin qalması suluğa bağlı deyil. Suluq nədir ki, dərinin üst qatının ayrılması və onun altına toxuma mayesinin yığılması. Yəni o qat yenidən yarana bilir. Amma yanıq dərin olarsa, alt qata keçərsə, yerində çapıq izi qala bilər. Və bunun önlənməsi üçün xüsusi vasitələr yoxdur.
Suluğu steril iynə ilə deşirik. Böyuk olanda steril qayçı ilə kəsirik. Yoxsa vurulan məlhəmlər də təsir etməz. Yanıq sahəsi çox , dərin və dərəcəsi 2-dən yuxarı olanda mütləq xəstəxana şəraitində müalicə aparılmalıdır.
Şəkildə gördüyünüz ikinci dərəcədir, sahəsi çox deyil və ev şəraitində müalicə edilə bilər.
Böyük sahə ikinci dərəcə yanıq və uşağın yaşının kiçik olması çoxlu toxuma mayesi itirməyə səbəb ola və uşağın həyatı üçün təhlükə yarada bilər. Böyük sahə infeksiyalaşarsa, sepsisə gətirə bilər.
Yanıq yeri yaxşılaşdıqca yerində qaşınma, qırmızılq olur. Bu, sağalma prosesini göstərir və yeni üst təbəqə yaranır.
Yanma zamanı güclü ağrı olur. Mütləq ağrı ilə də mübarizə aparmalıyıq. İlk saatlarda parasetamol tərkibli şam ya sirop vermək olar. Yanıq yerinə “novokain” məhlulunu tökmək olar.
Birinci dərəcə yanıq qızartı şəklində olur. Onu açıq saxlamaq olar. Amma dəri tamlığı pozulubsa, bağlamaq lazımdır”.
Billurə Yunus