"Uşaqlarda Təkmil Həyat Dəstəyi” kursu keçirilib - “Yeni klinika”da
“Yeni klinika”da “Uşaqlarda Təkmil Həyat Dəstəyi” (ÇİYAD) kursu keçirilib.
Aztibb.az TƏBİB-ə istinadla xəbər verir ki, kurs TƏBİB-in “Çocuk Acil Tıp ve Yoğun Bakım“ dərnəyi ilə imzaladığı Niyyət Bəyannaməsinə əsasən təşkil olunub. Türkiyə Respublikasından dəvət olunan professorlar Murat Duman və Emel Ulusoy kurs iştirakçıları ilə tanış olub, keçiriləcək kursun onların gələcək həyatlarında əhəmiyyətindən bəhs ediblər. Kurs nəzəri və praktiki qaydada keçirilib.
Nəzəri hissədə Xalidə Mustafayeva, Azər Əhmədov, Anar Qurbanov, Lalə Nəzərova, Lamiyə Fərzəliyeva, Elşad Şıxəliyev, Raminə Rzayeva tərəfindən təməl həyat dəstəyi, tənəffüs çatışmazlığı və tənəffüs dəstəyinin tətbiq üsulları, kritik xəstənin qiymətləndirilməsi, şok və müalicəsi, uşaqlarda irəli həyat dəstəyində dərmanlar və b. mövzular barədə kurs iştirakçılarına məlumat verilib.
Praktiki hissədə təməl həyat dəstəyi, şok ssenariləri, sümükdaxili müdaxilənin, tənəffüs dəstəyinin və s. tətbiq üsulları izah edilib. Sonda kurs iştirakçıları ilə mövzular müzakirə edilib, onlara sertifikatlar verilib.