Uşaqlarda dəmir əskikliyi

Tədqiqatların nəticəsinə görə qidalanmanın insan sağlamlığına çox böyük təsiri var. İnsan vücudunun inkişaf etməsi və sağlam olması üçün bədənin ehtiyacı olan vitamin və mineralların qəbul edilməsinə mütləq şəkildə diqqət edilməlidir. Uşaqların qidalanması yalnız doymaq üçün yox, həm də xəstəliklərlə mübarizə aparmaq cəhətdən də çox əhəmiyyətlidir…

Phd Uzman həkim-pediatr Əli Quliyev uşaqların qidalanmasında, tərkibində dəmir olan qidaların əhəmiyyətini sizin üçün qələmə aldı.

Bir insanın bədənində yetərli miqdarda qan olmamasına anemiya deyilir.  İnsanlarda anemiyanın yaranmasının əsas səbəbi dəmir əskikliyidir. Aparılan araşdırmalara görə dəmir əskikliyinə cəmiyyətin 85 %-də rast gəlinir. Xüsusilə 6-24-cü aylar arasındakı uşaqlarda dəmir əskikliyi anemiyanın ən yayqın səbəbi olaraq qəbul edilməkdədir.  Dəmir əskikliyi anemiyasında eritrosit dediyimiz qırmızı qan hüceyrələri həm forma olaraq kiçilir, həm də tərkibi zəifləyir.  Səbəbsiz yerə ağlamaq, yuxusuzluq, inkişaf geriliyi, iştahasızlıq və zehni inkişafda geri  hallarına dəmir əskikliyi olan uşaqlarda daha çox rast gəlinir.

Dəmir əskikliyi  anemiyasından qorunma Uşağın dünyaya gəldiyi ilk 6 ayda dəmir əskikliyinin ən vacib səbəblərindən biri dəmir depo-larının kifayət qədər olmamasıdır. Hamiləlik zamanı anada olan yüngül-orta dərəcəli anemiya uşağa çox təsir etməz. Ancaq anada olan ağır anemiya uşağın da dəmir  səviyyəsinin ciddi  şəkildə azalmasına səbəb olur. Yarımçıq və düşük doğulan uşaqların dəmir səviyyəsi, za-manında doğulan uşaqlardan daha azdır. Dəmir depoları tez tükənəcəyindən bu uşaqlara üçüncü aydan sonra profilaktik olaraq dəmir preparatlarına başla-maq lazımdır. Əlavə qidalara başlandığında isə dəmir yönündən zəngin qidalar verilməlidir.

Uşağın dünyaya gəldiyi ikinci 6 ayından etibarən sürətli böyümə və aldığı qidaların tərkibində dəmirin az olması uşaqlarda dəmir əskikliyinə səbəb olur. Buna görə də dəmirlə zəngin qidalarla bəslənməyə üstünlük verilməlidir (ət, alma, yumurta sarısı, bəkməz və.s).

1-3 yaşları arasında çox miqdarda süd içilməsi dəmir əskikliyinə səbəb ola bilər. Bütün süd növlərində (inək, keçi, qoyun) çox az dəmir olduğundan gündə 500 ml dən çox süd içilməməlidir.

4-18 yaşları arasında dəmir əskikliyinin ən vacib səbəblərindən biri düzgün qidalanmama, mədə bağırsaq sistemi xəstəlikləri və bəzi infeksiyon xəstəliklərdir. Bu yaş qrupunda dəmir əskikliyini ciddi bir şəkildə araşdırılması lazımdır.

Müalicə

Ən sıx istifadə olunan müalicə üsulu 3 mq/kq dəmirin ağızdan verilməsidir. Dəmirin sorulma sürəti anemiyanın ağırlığı ilə bağlantılıdır. Bir aylıq müalicədən sonra hemoqlobin dəyərində 1 gr/dl artış olubsa müalicəyə 3-4 ay daha davam edilərək dəmir depoları doldurulmalıdır. Anormal dəmir yüklənməsinə səbəb olmamaq üçün 5 aydan çox dəmir preparatı istifadə olunmamalıdır.

Dəmir əskikliyi anemiyasının təkrar yaranmaması üçün dəmirlə zəngin qidalardan istifadə etmək lazımdır. Dəmir sorulmasını pozan süd, çay və kəpəkli qidalar dəmir preparatları ilə birgə istifadə edilməməlidir. C vitamini ilə zəngin portağal suyu kimi qidalarla birgə istifadəsi məsləhət görülməlidir.

 

xanim.net