Uşaqlara multivitamin kompleksinin verilməsi zamanı nələr nəzərə alınmalıdır

Valideynlər həmişə uşaqlarının xəstələnməsindən narahat olur və ona görə dəmişə immun sistemlərinin güclü olmasını istəyirlər. Ona görə də xəstəliklərin qarşısını almaq üçün bəzən həkimə belə müraciət etmədən özləri “profilaktik tədbirlər” görməyə çalışırlar. Bu zaman valideynlər bir çox hallarda övladlarına multivitamin verməyə başlayırlar.

Vitamin nədir?

Vitaminlər, bədəndə böyümə, inkişaf, enerji istifadəsi ilə yeni hüceyrə və toxumaların yaranması üçün vacibdir. Vitaminlər xüsusən böyümə və inkişaf dövründə olan uşaqlar üçün əsas elementlərdir. Uşaqlarda böyümənin sürətli olduğu 0-2 yaş, 5 yaş və yeniyetməlik dövründə (10 yaşdan yuxarı) vitamin və minerallara ehtiyac qat-qat daha çox artır. Metabolizma, böyümə – inkişaf, görmə, reproduktiv, dəri bütövlüyü, immun sistem, enerji qaynağı kimi orqanizm üçün əsas funksiyaların həyata keçirilməsində vitaminlərin xüsusi rolu vardır.

Uşağınız normal inkişaf edir?

Normal böyüyən və sağlam qidalanan uşaqların əlavə vitamin dəstəyinə ehtiyacı yoxdur. Əfsuslar olsun ki, valideynlərin bir qismi uşaqlarının kifayət qədər qidalanıb-qidalanmamasını və böyümə inkişafını nəzərə almadan əlavə vitamin dərmanları verməyə çalışır. Lakin, yüksək doz vitamin qəbulu ürək, böyrək, qaraciyər, mədə kimi orqanlarda problemlərə səbəb ola bilər. Əsasən böyrək daşlarına, qaraciyər və dalaq böyüməsinə, dərinin quruyub çatlaması və sair kimi sağlamlıq problemlərinə səbəb ola bilər.

Amerika Pediatriya Assosiyasının apardığı tədqiqata əsasən  2-7 yaş arası 10000 uşaq vitamin və ya mineral dəstəyi qəbul edir. Bu uşaqların əsasən:

  • Əlavə vitamin qəbul edən uşaqların çoxunun ehtiyacı yoxdur
  • Sağlam uşaqlardır
  • Aktiv həyat qabilliyətinə sahibdirlər
  • Yaxşı qidalanan uşaqlardır

Orqanizmin özünün depolanma funksiyası da var

Vitaminlər “ suda əriyən” və “ yağda əriyən” vitaminlər olmaqla iki qrupa ayrılırlar. B və C vitaminləri suda əriyən, A,D,E və K vitaminləri yağda əriyən vitaminlər qrupuna aid edilirlər. Suda əriyən vitaminlər “ Bvə C vitaminlər” bədəndən sidiklə xaric olduqlarına görə əsasən toksiki təsirini çox rast gəlmirik. Lakin yağda əriyən vitaminlər bədəndə toplandıqları üçün toksiki təsirlərə səbəb ola bilirlər. Aşağıda belə sadalaya bilərik:

  • A vitamini- uşaqlarda (xüsusən böyümə dövründə) Hüceyrə bölünməsi və inkişafı, görmə və immun sistemin, ağciyərlərin inkişafına, cinsiyyət sistemin əsas rolu var. Çatışmazlıqlarında fiziki-əqli gerilik, dəri quruması, qabıqlanma, iştahda azalma, qansızlıq, infeksiyon proseslərə meyl artır. Lakin həddən çox qəbul edilməsi də yol verilməzdir. Beləki toksiki təsir göstərərək, iştahasızlıq, yavaş böyümə, dərinin quruyub çatlaması, qaraciyər, dalağın böyüməsi, sümük ağrıları, kəllə daxil təzyiq artışı və s kimi simptomlar yüksək doz A vitamini qəbulu nəticəsində müşahidə edilə bilinər.
  • D vitamini – uşaqlarda dişlərin və sümüklərin güclənməsində əsas rol oynayır. Bununla yanaşı sinir sistemini və immun sisteminin güclənməsində əsas rol oynayır. D vitaminin çatışmazlığı barədə saytımızda məqalə mövcuddur. D vitamini də orqanizmə tələb olunduqdan çox verildikdə toksiki təsir göstərir. Biz ailələrin həkimlərin profilaktik təyin etdiyi D vitaminlərini uşaqlarına həddən çox verdiyi və bunun da orqanizmə hipertoksik təsir etdiyinin dəfələrlə şahidi olmuşuq. Belə ki, uşaqlarda ishal, qusma, çəki itkisi, əzələ ağrıları, susuzluq hissi, tez-tez sidiyə çıxma, qəbizlik, böyrək daşı, qan damarların divarlarında kalsium toplanması, ürək ritm pozğunluqları kimi ağır problemlərə səbəb ola bilər. Güneş ışığından alınan D vitamini üst sınırı yok, beden fazlalığında yapımı durduruyor
  • E vitamini- immun sistemə təsir göstərir. Çox güclü antioksidan təsirə malik olan E vitamini uşaqlarda damarlar, neyronları və digər hüceyrə qişalarını radikal zədələnməsindən qoruyur. E vitaminin həddən çox qəbul edilməsi immun sistemin zədələnməsinə və xəstəliklərin proqressivləşməsinə səbəb ola bilər.
  • K vitamini- laxtalanma faktorlarına təsiri vardır. Həddən artıq verildikdə qansızlıq, sarılıq kimi toksik təsiri olur.
  • B qrup vitaminlər- həddən artıq qəbul edilməsi əsasən müşahidə edilmir və toksiki effekti rast gəlinmir. Lakin, B6 vitaminin çox alınması dəridə qızarıqlıq, qaşıntı, qaraciyər və sinir sistemi pozğunluğu ola bilər.
  • Balıq yağında olan Omega-3 ün çox qəbul edilməsi ( valideynlər bu vitamini də çox sevirlər) sümük inkişafını pozaraq gözlənilənin əksinə boy qısalığına səbəb ola bilər. Sümük ağrıları, bağırsaqlarda qaz sancıları, susuzluq (dehidratasiya), ağızda xoş olmayan qoxu kimi effektləri olsa da çox rast gəlinmir.
  • Dəmir- həddən artıq qəbul edilməsi qarın ağrısı, qusma, qanlı nəcis, qanlı qusma, qaraciyərdə zədələnmə, taxikardiya və s. kimi əlamətlər olur.

Həmçinin uşağım sağlam qidalansa da əlavə vitamin dəstəyi də qəbul edirsə, hipervitaminoza səbəb olur. Hipervitaminozun səbəbləri aşağıdakılardır:

  • Bulantı
  • Qusma
  • Qarın ağrı
  • Qaraciyər funksiyalarında pozulma
  • Periferik sinirləri zədələmə

Vitamin və mineral dəstəyinə ehtiyac olanlar aşağıdakılardır:

  • Hamilə qadınlar, süd əmizdirən analar
  • Zərərli vərdişləri olanlar
  • Xronik xəstəlikləri olanlar
  • Sorulma problemləri olan (xronik diareya, Çölyak xəstəliyi, Kistik fibroz, pankreatit, qaraciyər, öd kisəsi xəstəlikləri), bağırsaq əməliyyatları keçirənlər
  • Bəzi qidalara qarşı allergiyası olanlar
  • Xronik olaraq aşağı kaloriyalı qidalar istifadə edənlər
  • Dieta edənlər
  • Anadangəlmə metabolik xəstəlikləri olanlar

Vitaminlər arasında qarşılıqlı əlaqə

  • C vitamini və riboflavin (B2) dəmir sorulmasını, A vitaminin daşınmasını artırır
  • Zn (sink) preparatının həddən çox qəbulu dəmir və misin sorulmasını azaldır
  • Zn çatışmazlığı olan uşaqlarda əsasən A vitamin çatışmazlığı da müşahidə edilir.
  • Maqnezium qəbul edilməsi kalsium sorulmasını artırır.
  • Dəmir çatışmazlığı Yod istifadəsinin qarşısını alır

Sağlam qidalanan, immun sistemi güclü olan uşağın əlavə   vitamin  qəbuluna ehtiyacını yalnız həkim tərəfindən müayinə zamanı müəyyənləşdirilə bilinər. Uşaqlarda inkişaf dövrləri sürətli böyümə dövrləri yavaş böyümə dövrləri bir birini əvəz edir. Bu dövrlərdə uşaq həmişə iştahlı ola bilməz. Əsasən bu dövrlərdə aparılacaq səhv addımlar uşağın böyümə və inkişafına təsir edə bilər. Bu səbəblə aralıqlı olaraq həkim konsultasiya aparılmalıdır. Həkimlər müayinə edərək uşağın iştahına və immunitetinə təsir edə biləcək analizlər aparaq səbəbi müəyyən edərək səbəbə uyğun müalicə aparılmalıdır. Vitaminləri ən yaxşısı qidalardan qəbul etməkdir. Uşaqlar müxtəlif qidalar kifayət qədər qəbul etməklə, həm sağalm böyümələrinə həm də fiziki-əqli inkişafa səbəb olur. Məktəb uğurlarını artırmaq üçün C,D,E vitaminləri ilə zəngin qidaların qəbul edilməlidir. Həftədə minimum 1 dəfə balıq və hər gün qoz yeyilməsi məsləhət görülür. C vitamini ilə zəngin meyvələr qəbul edilməsi vacibdir. Təzə sıxılmış meyvə şirəsi şübhəsiz vitamin dəstəyi olsa da liflər və digər minerallar baxımından meyvələrin bütöv olaraq yeyilməsi daha çox üstünlük verilir. Qatıq-  Tərkibi vitaminlərlə (C və dəmir istisna olmaqla) zəngindir. Xüsusən sümük inkişafı olan və uşağın sağlamlığı üçün vacib olan kalsium, B vitaminlər qrupu (B2, B12) və fol turşusun əsas mənbəyidir. Bəhməz dəmirlə çox zəngindir. Axşamdam suda saxladığımız paxlalılar (noxud, mərcimək və s.) bişirmədən əvvəl isladığımız su atılmalı və təkrar su əlavə edərək bişirilməlidir.Suyunu aldıqca əlavə su verilməlidir. Beləliklə, siz vitamin itkisinin qarşısınnı alırsız. Axşamdan paxlalıları suda islatmaqla onların köp (qaz sancısı) verə biləcək xüsusiyyətlərini də azaltmış olursuz.

Amerika Pediatriya Assosiyası 12 aya qədər uşaqların D vitamin və dəmir əlavə dəstəyi almağı məsləhət görür.

Unutmayaq ki, vitaminlər yüksək dozda qəbul edildikdə ağır gözlənilməz  sağlamlıq probleminə səbəb ola bilər. İstifadə etdiyiniz multivitamin dərmanlar uşağın immun sistemi gücləndirməz əlsinə ehtiyac olmadan qəbulu uşaqlarda böyrək-qaraciyər xəstəliklərinə səbəb ola bilər. Həmçinin orqanizmə normadan artıq şəkər, dadlandırcı kimyəvi maddələr qəbul edildiyini də unutmayaq.