TƏBİB vakansiya elan edir

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) həkim-psixiatr, təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim, həkim-anestezioloq-reanimatoloq vəzifələri üzrə vakant yerlər elan edir.
Bu barədə Aztibb.az-a TƏBİB-dən məlumat verilib.
İş yeri:
• Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası (103)
Müraciət qaydası:
• Vakansiya üzrə müraciət iki formada edilə bilər:
1. Qeyd olunan linkə şəxsi məlumatlarınızı daxil edərək müraciət edə bilərsiniz: https://forms.gle/E9ZyrJoHSHPg5SK58
2. CV və aşağıda qeyd olunan sənədlərin nüsxələrini vacancy@tabib.gov.az ünvanına mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını qeyd edərək müraciət edə bilərsiniz.
2-ci bənd üzrə tələb olunan sənədlər:
• Şəxsiyyəti təsdiq edən sənədin surəti;
• Əsas (baza ali) tibb təhsili haqqında sənədin surəti (diplom), xaricdə təhsil almış namizədlərin ali tibbi təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla);
•Xarici dövlətlərdə təhsil alan şəxslər üçün işə buraxılma haqqında şəhadətnamənin surəti (namizədin işə qəbulunun rəsmiləşdirilməsi zamanı tələb olunacaq);
•Sertifikasiya şəhadətnaməsinin surəti (sertifikasiyadan keçməklə bağlı qanunvericiliklə nəzərdə tutulmuş azadolma halları istisna olmaqla)
Son müraciət tarixi: 12.05.2023
TƏBİB İT təhlükəsizliyi səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com
• Müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.