Səhiyyə naziri vətəndaşları Sabirabadda qəbul edəcək

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev 11 may 2018-ci il tarixində saat 11:00-da Sabirabad Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.

Nazir, Sabirabad, Saatlı, Şirvan və Hacıqabul rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Sabirabad Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

 

Səhiyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı