Səhiyyə naziri Saatlıda vətəndaşları qəbul etmişdir

Ölkə başçısı İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq bölgələrdə vətəndaşların qəbulu qurum rəhbərləri tərəfindən davam etdirilir. Şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq dekbrın 8-də Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev 11:00-dan etibarən Saatlı rayon Mərkəzi Xəstəxanasında vətəndaşları qəbul etmişdir. Qəbula müraciət etmiş, Saatlı, Sabirabad, Şırvan, Hacıqabul rayon sakinləri öz müraciətləri, şikayət, təklif və fikirlərini nazirə bildirmişlər.

Qəbula gələn müraciətdə qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılmış, onların bəziləri yerindəcə həllini tapmışdır.

Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülmüşdür.

 

 Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı