Körpələrdə Qaz Sancıları (Kolik): Nədir və necə Aradan Qaldırılmalıdır? Həkim Nərmin Əzizova, Həkim Əli Quliyev

Həkim Nərmin Əzizova, K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu və Həkim Əli Quliyev, MedEra Hospital

Körpələrdə Qaz Sancıları (Kolik): Nədir və necə Aradan Qaldırılmalıdır?

İlk növbədə qeyd etmək vacibdir ki, kolik (qaz sancısı) bir xəstəlik deyildir. Bu, körpələrdə aclıq və digər bilinən səbəblərlə əlaqəsi olmayan, izah olunmayan ağlama və narahatlıq ilə ifadə edilir. Kolik dövrləri sağlam körpələrdə çox müşahidə edilir və ümumiyyətlə həyatın 2-3-cü həftələrində başlayır, 4 aylıq olarkən zirvəyə çatır. Bəzi hallarda bu dövrlər 6 aya qədər davam edə bilər. Bu dövrlər gündə 3 saata qədər uzanıb, həftədə 3 gündən çox davam edə bilər və bir neçə həftə davam edə bilər. Statistik olaraq, hər 4 körpədən biri kolik simptomları yaşayır..

Kolikin (Qaz sancısının) əlamətləri

Kolik dövrü zamanı körpələr müxtəlif əlamətlər (hərəkətlət) göstərir ki, bu da onların narahatlıq hissi yaşadıqlarını bildirir:

  1. Ayaqlarını bədənə doğru çəkmək: Körpələr qaz sancılarından rahatlamaq üçün ayaqlarını bədənlərinə doğru çəkirlər.
  2. Ağlama və narahatlıq: Kolik dövrləri adətən axşam saatlarında və ya gecə baş verir və 1-2 saat (və ya daha uzun) davam edə bilər.
  3. Fiziki gərginlik: Bu dövrlərdə körpənin bədəni gərginləşir, üzü qızarır və bəzən əlləri və ayaqları yüngül göyərir. Narahatlıq, qaz və ya nəcis çıxdıqdan sonra keçir.
  4. Yuxu və ağlama: Kolikdən əziyyət çəkən körpələr tez-tez yuxudan oyanıb ağlayır. Lakin, ağlama fasilələri zamanı onlar adətən sakitləşir və rahat olurlar.

Maraqlı olaraq, körpələr çox vaxt maşında və ya təcili yardım avtomobilində sakitləşir və yuxuya gedə bilirlər. Müraciətlər zamanı valideynlər tez-tez “Maşında sakitləşdi” ifadəsini bildirirlər.

Kolik dövrlərinin səbəbləri nədir?

Kolikin əsas səbəbi hələ də tam başa düşülmür, lakin bir neçə amil buna səbəb ola bilər:

  1. Sinir Sistemi İnkişafı: Körpələrin sinir sistemi hələ tam formalaşmamışdır, bu da onları xarici stimulalara daha həssas edir. Bu həssaslıq, körpənin ağlamağa başlamasına səbəb ola bilər.
  2. Həzm Sistemi İnkişafı: Körpələrin həzm sistemi hələ tam inkişaf etməyib və bəzi qidalanma vərdişləri koliki artırır, məsələn, nizamlı olmayan qidalanma, əlavə maye verilməsi və ya şirin qidaların verilməsi.
  3. Diyet və Qaz: Yetersiz çox hava udma da qaz sancılarına səbəb ola bilər. Xüsusi anti-kolik şüşələri hava qəbulunu azalda bilər.
  4. Ana Südü İlə Bağlı Qidalanma: Ana südü ilə qidalanan körpələrdə, bəzən ananın qidalarındakı maddələr körpəyə təsir edə bilər. Bu səbəbdən, ədviyyatlı yeməklər, bəzi tərəvəzlər (brokoli, soğan, sarımsaq) və kofe kimi içkilərdən qaçınmaq tövsiyə edilir.

Kolik nə qədər davam edir?

Kolik ümumiyyətlə həyatın 2-4-cü həftəsində başlayır və 6-8 həftədə zirvəyə çatır. Çox vaxt körpələrdə kolik əlamətləri 4 ayda tamamilə keçir.

Kolikin baş vermə səbəbləri:

Gastrointestinal səbəblər:

  • Peristaltikada artış: Körpənin həzm sistemi, yeməyi çox sürətli və ya çox yavaş hərəkət etdirə bilər.
  • Karbohidrat malabsorbiyası: Laktaz əskikliyi kimi vəziyyətlər qaz sancılarına səbəb ola bilər.
  • Protein intoleransı: Bəzi körpələr, ana südü və ya formula içərisindəki bəzi zülallara reaksiya verə bilər.
  • Qastroezofagial refluks: Bu vəziyyət qidalanma zamanı narahatlığa səbəb ola bilər.

Psixososial səbəblər:

  • Ana və körpə arasındakı əlaqənin tam formalaşmaması.
  • Ananın psixososial stressi və narahatlığı.
  • Ana tərəfindən körpəyə az diqqət və qayğı göstərilməsi.
  • Təcrübəsiz valideynlik.

Koliki necə aradan qaldıra bilərik?

Kolik əlamətlərini aradan qaldırmaq üçün bir neçə üsul mövcuddur:

  1. Körpəni qucaqlamaq: Körpənizi ağlarkən qucağınıza almanız onu sakitləşdirə bilər.
  2. Ananın dietini tənzimləmək: Əgər körpə ana südü ilə qidalanırsa, ananın qida rasionuna diqqət etməsi vacibdir. Ədviyyatlı yeməklər, süd məhsulları, kofe və bəzi tərəvəzlərdən qaçınmaq lazımdır.
  3. Rahatlatıcı metodlar: Körpənizin qarın masajı və ya ayaqlarını velosiped hərəkəti ilə hərəkət etdirmək qazın azaldılmasına kömək edir.
  4. Avtomobil gəzintisi. Müşahidələr göstərmişdir ki, körpələrdə qaz sancıları avtomobil gəzintisi zamanı aradan qalxır.

Müalicə Seçimləri

Kolikin müalicəsi üçün müxtəlif tövsiyələr olsa da, heç bir metod universal şəkildə təsirli olmamışdır. Bitki çayları (fenel, çobanyastığı, zəncəfil və s.) istifadə edilə bilər, lakin bunların effektivliyi və təhlükəsizliyi dəyişə bilər.

Əlavə qeydlər

  • Fiziki Aktivlik:

Hərəkətli körpələrdə kolik simptomları daha az müşahidə olunur. Körpənizin hərəkət etməsinə təşviq edin.

  • Psixososial Dəstək:

Analara stressi idarə etmək və dəstəkli bir mühit təmin etmək vacibdir. Qayğı yükünü bölüşmək, həm körpə, həm də valideyn üçün stressi azaldar.

Həkimə nə vaxt müraciət etmək lazımdır?

Əgər körpənin ağlama dövrləri çox şiddətlidirsə, daimi ağrı hiss edirsə və ya əlavə simptomlar (yağış və ya qusma) varsa, pediatra müraciət etmək vacibdir.

Beləliklə də, kolik, həm körpələr, həm də valideynlər üçün çətin olsa da, ümumiyyətlə müvəqqəti bir vəziyyətdir və 4-6 ay ərzində keçir. Düzgün qulluq, sakitləşdirmə üsulları, nizamlı qidalanma və valideynlərə emosional dəstək ilə əksər körpələr bu narahatlıqla qarşılaşmadan inkişaf edirlər.