Qaynar qazan uşağın üzərinə aşdı
Mingəçevir şəhərində bədbəxt hadisə nəticəsində bir nəfər yanıq xəsarətləri alıb.
Femida.az report-a istinadən bildirir ki, hadisə məcburi köçkünlərin məskunlaşdığı şəhərcikdə baş verib.
Ehtiyatsızlıq nəticəsində 2013-cü il təvəllüdlü Məhərrəmli Emin Əvəz oğlunun üzərinə qaynar yemək qazanı dağılıb. Müxtəlif yanıq xəsarətləri alan yaralı uşaq xəstəxanasına yerləşdirilib.