Pediatriyada cərrahiyyənin müxtəlif problemlərinə dair seminar keçirilib

Türkiyənin “Acıbadem Sağlıq Qrupu” ilə Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının birgə təşkilatçılığı ilə seminar keçirilib.

Seminarda Acıbadem Universitetinin Türkiyədə və Avropa miqyasında tanınmış tibb mütəxəssisləri “Pediatrik xəstələrdə cərrahi üsul və mühazirələr”, “Portal damar trombozu”, “Pediatrik xəstələrdə qaraciyər nəqli” adlı məruzələrlə çıxış ediblər.

Məruzələrdə həmçinin uşaqlarda cərrahi müdaxilələr zamanı həkimlərin üzləşdiyi problemlər və çıxış yolları ilə bağlı məqamlara toxunulub. Bildirilib ki, cərrahiyə kafedrası ənənəvi olaraq hər ay cərrahi problemlərlə əlaqədar konfranslar təşkil edir.

Bu seminarın da pediatrik xəstələrdə cərrahiyyənin müxtəlif problemlərinə həsr olunduğu vurğulanıb.

Tədbir geniş diskussiya ilə davam edib.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı