Mikrobların da orqanizmə xeyri var

Aparılan araşdırmalara görə, bağırsaqda olan mikrob və bakteriyaların müxtəlifliyi xoşbəxtliyi və fiziki hazırlığı qoruyub saxlamaqla yanaşı, qocalmanın, daha yaşlı yaşlarda baş verə biləcək xroniki xəstəliklərin təsirlərini minimuma endirir.

Ölkə.az Axşam.az-a istinadən xəbər verir ki, yeni elmi araşdırmaya görə, insan bağırsağında iltihaba səbəb olan pis bakteriyaların nisbəti ilə qocalmanın və idman performansının təsiri arasında güclü bir əlaqə olduğu sübut edilib.

Buna uyğun olaraq bağırsaqların vəziyyəti yaxşı olarsa, saçların ağarması, saç tökülməsi, dəridə qırışlar, xroniki xəstəliklər minimum səviyyədə görülsə də, bədənin fitnes vəziyyəti də müəyyən qədər özünü qoruyur və insanların sağlam bir şəkildə yaşlanmasına kömək edir.

İnsan bağırsağı trilyonlarla dost və düşmən bakteriyası olan çox mürəkkəb bir quruluşa malikdir. Məlumdur ki, serotonin, dopamin, oksitosin və endorfin kimi insanı xoşbəxt edən hormonların 90 faizdən çoxu bağırsaqlarda istehsal olunur. Aparılan araşdırmalara görə, bağırsaq mühitində mikrob və bakteriyaların müxtəlifliyi xoşbəxtliyi və fiziki hazırlığı qoruyub saxlamaqla yanaşı, qocalmanın və daha yaşlı yaşlarda baş verə biləcək xroniki xəstəliklərin təsirlərini minimuma endirir.