Məktəbdən qayıdan uşağınızla söhbət edin

Məktəbdən qayıdan uşağınıza verə biləcəyiniz və onun hər detalı sizlə bölüşəcəyi əsas suallar bunlardı:

🔸Bugün məktəbdə gülməli bir şey olub?

🔸Bu gün danışdığın 3 nəfərin adını deyə bilərsən?

🔸Əgər müəllimən mən olsaydım sənə nəyi öyrətməyi istəyərdin?

🔸Evdən hər hansı bir əşyanı məktəbə apara bilsəydin nəyi aparmaq istəyərdin?

🔸Müəllimənin sizinlə vaxt keçirməyini xoşlayırsan?

🔸Bu gün ən çox kimlə danışmaq sənə maraqlı gəldi?

🔸Sinifdə kimlə daha yaxın dostluq eləmək istəyirsən?

🔸Məktəbdəki qanunlarla evdəki qanunlardan hansı bir birinə yaxındı?

🔸Sən müəllimə olsaydın şagirdlərinə nə öyrətmək istəyərdin?  Dr. Nərmin Əzizova