Bakıda I Respublika Nadir Xəstəliklər Forumu keçiriləcək

Baxış
110

28 fevral 2026-cı il tarixində Bakıda “Beynəlxalq Nadir Xəstəliklər Günü”nə həsr olunmuş I Respublika Nadir Xəstəliklər Forumu təşkil olunacaq. Forum Nadir Xəstəliklər Təşkilatları İttifaqının təşəbbüsü ilə, Səhiyyə Nazirliyi, TƏBİB və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilati dəstəyi əsasında baş tutacaq.

Tədbirin əsas məqsədi ölkədə nadir xəstəliklərlə yaşayan şəxslərin ehtiyaclarını kompleks şəkildə gündəmə gətirmək, mövcud problemləri və həll yollarını müzakirə etməkdir. Forum çərçivəsində diaqnostika, müalicə, dərman təminatı, sosial xidmətlər, hüquqi məsələlər və ailə dəstəyi kimi mövzular üzrə açıq müzakirələr aparılacaq.

Forum akkreditasiya olunub və iştirak edən həkimlər üçün 7 kredit balı nəzərdə tutulur. Tədbir aşağıdakı ixtisaslar üzrə mütəxəssisləri əhatə edir: pulmonologiya, pediatriya, genetika, hematologiya, nevrologiya və qastroenterologiya.

Forum 28 fevral 2026-cı il saat 09:00-dan 17:00-dək Yeni Klinikada keçiriləcək. İştirak üçün qeydiyyat mütləqdir. Qeydiyyat linki: https://forms.gle/pzY2Bg8paoEMdPrM6

Təşkilatçılar mütəxəssisləri və maraqlı tərəfləri forumda fəal iştirak etməyə dəvət edirlər.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin