İnfeksionist: Yayda parazitlərə yoluxma riski artır

Yay aylarında, ilin digər vaxtlarına nisbətən daha tez-tez bir parazit qapa bilərsiniz.

Aztibb.az doctorpiter.ru-ya istinadən xəbər verir ki, xüsusən uşaların az yuyulmuş tərəvəzlər və meyvələrlə qidalnaması zamanı, yaxşıca yuyulmayan əllər sayəsində helmintlər hətta ağcaqanad dişləməsi ilə də infeksiyaya yoluxur.

İnsan bədənində parazitlər təkcə mədə-bağırsaq traktında deyil, məsələn, əzələlərdə, ağciyər toxumalarında və ya digər orqanlarda yerləşə bilər. Məhz buna görə də vaxtında öz içindəki “yad”ı tapmaq asan deyil – simptomlar fərqlidir və çox vaxt qeyri-spesifikdir.

İnfeksionist Andrey Pozdnyakov bildirib ki, mədə-bağırsaq traktında yaşayan parazitlərlə yoluxmanın ümumi simptomlarına zəiflik, iştahsızlıq, süstlük, dəridə dəyişiklikləri, arıqlama və qarın ağrısı daxildir.

Həqiqətən, parazitar işğallar çox vaxt yalnız onlar üçün xarakterik olan heç bir spesifik simptomlara malik deyildir. Yeganə istisna, bəlkə də, yoluxucu xəstəlik olan enterobioza zamanı yalnız perianal qaşınmadır. Bu, parazitoz üçün çox xarakterik bir əlamətdir, çünki perianal nahiyənin dərisini darayarkən parazitin yumurtaları dırnaqların altına düşür və əllər ağıza girdikdə yenidən udulur – avtoinvaziya baş verir.