İcbari tibbi sığorta çərçivəsində əməliyyatlar növlərinə qoyulan limitin sayı artırılır
Bakı. Fərid ZÖhrabov – Trend:
Azərbaycanda icbari tibbi sığorta üzrə Xidmətlər zərfində il ərzində 300 sayda əməliyyat keçirilməsi limiti qoyulub.
Trend xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi ekspertizanın texniki qaydaları şöbəsinin müdiri Səbinə Quliyeva deyib.
Şöbə müdiri bildirib ki, limitlər həm koxlear, həm də oynaqdaxili protezlərin yerləşdirilməsi ilə bağlıdır.
“Oynaqdaxili protezlərə bud və diz oynağı aiddir. Gələcək dövrlər üçün həmin xidmətlərin limit sayının artırılması planlaşdırılır”, – deyə o bildirib.
O həmçinin xatırladıb ki, Xidmətlər zərfinə aid xidmətlərin siyahısının artırılması ilə bağlı hökumətə təkliflər göndərilib.
“Hazırda zərfə 2 550 xidmət daxildir. Yeni siyahıya daha 300 xidmətin əlavəsi nəzərdə tutulub. Zərfdən hər hansı xidmətlərin çıxarılması planlaşdırılmır, sadəcə müəyyən təsnifat kodları dəyişdirilə bilər”, – deyə S.Quliyeva əlavə edib.