Dr. Nərmin Əzizova

Pediatr

Pediatriya.az saytı 2017-ci ilin noyabr ayından fəaliyyət göstərir. Sayt uşaqlarımızın sağlam gələcəyi naminə ailələrin tibbi maarifləndirilməsi, həmçinin vacib tibbi xəbərlərin ictimaiyyətə çatdırılması məqsədilə yaradılmışdır. Pediatriya.az saytının təsisçisi Nərmin Əzizovadır.

Pediatriya.az saytının təsisçisi Nərmin Akif qızı Əzizova (Bağırova) 1991-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2008-ci ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsinə qəbul olunmuş və 2014-cü ildə Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Tələbəlik dövründə Azərbaycan Tibb Universitetinin Tələbə Elmi Cəmiyyətində apardığı elmi tədqiqat “İlin elmi mövzusu” adına layiq görülmüşdür.

2014–2018-ci illərdə rezidenturanı Ə.F. Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasında keçmişdir. 2018-ci ildə Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Hacettepe Universitetində klinik rotasiya keçmişdir. Həmin il Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göndərişi ilə K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Yenidoğulanların Reanimasiya və İntensiv Terapiya şöbəsinə həkim-neonatoloq vəzifəsinə təyin olunmuş və hal-hazırkı vaxtadək həmin vəzifədə çalışır.

2018–2022-ci illərdə əlavə iş yeri olaraq 1 nömrəli Bakı Tibb Kollecində “Yoluxucu xəstəliklər” fənni üzrə müəllimə kimi fəaliyyət göstərmişdir. 2023-cü ildən etibarən Azərbaycan Tibb Universitetinin I Uşaq Xəstəlikləri kafedrasında çalışır. 2025-ci ildən isə “Harmony Health Hospital”da pediatr kimi fəaliyyət göstərir.

N. Əzizovanın “Kritik vəziyyətdə olan 1 yaşa qədər uşaqlarda anadangəlmə anomaliyaların diaqnostikası və proqnostik təhlili” mövzusunda dissertasiya işi tamamlanmış və hazırda müdafiə mərhələsindədir.

N. Əzizova 15 elmi məqalənin (yerli və yüksək impakt faktorlu beynəlxalq jurnallarda), 6 tezisin və 4 beynəlxalq konfrans çıxışının (siyahı 1) müəllifidir. Həmçinin, həkim N. Əzizova Azərbaycan və xarici ölkələrdə keçirilən çoxsaylı beynəlxalq konfrans, elmi seminar, simpozium və digər tədbirlərdə (siyahı 2) fəal iştirak etmişdir .

2024-cü ildə N.Əzizova, TÜBİTAK ANA/ORTAK Proje Çağrısı çərçivəsində qrant layihəsini qazanmışdır. Layihə Türkiyədən olan alimlərlə birgə həyata keçirilir və hazırda tədqiqat işi davam edir.

Həkim Nərmin Əzizova ailəlidir, iki övladı vardır.

Siyahı 1

  1. Hacıyeva N.R., Bağırova N.A. Hiperaktivlik və diqqətin defisiti sindromu: Dəcəllik, yoxsa xəstəlik? Azərbaycan Psixiatriya Jurnalı, 2012, №1(22), s. 96–106.
  2. Əzizova N.A. Uşaqlarda piylənmə xəstəliyinə müasir baxış. Sağlamlıq jurnalı. – 2018. – №4. – s. 206–211.
  3. Əzizova N.A. Peyvəndlərin etibarlılığı və yan təsirləri. Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri. – 2018. – №4. – s. 18–23.
  4. Əzizova N.A. İmmun çatışmazlıq olan uşaqlara yanaşma.Azərbaycan Perinatologiya və Pediatriya jurnalı. – 2019. – №2. – s. 61–69.
  5. Əzizova N.A. Anadangəlmə unilateral pulmonar ageneziya müşahidəmiz. Eurasian Journal of Clinical Sciences. – 2020. – №2. – s. 1–2. – İcmal məqalə.
  6. Əzizova N.A. Kritik vəziyyətdə olan uşaqlarda anadangəlmə anomaliyaların struktur təhlili. Əziz Əliyev adına elmi-praktik jurnal “Tibb və Elm”. – 2021. – s. 15–24.
  7. Əzizova N.A. Neonatal dövrdə aşkar edilən anadangəlmə anomaliyaların struktur təhlili. T. Əliyevin 100 illiyinə həsr olunmuş “Təbabətin aktual problemləri-2021” Beynəlxalq Elmi-Praktik Konqres materialları. – 2021, Bakı. – s. 147–148. – Tezis.
  8. Qasımova Y., Azizova N. Üniversite hastanemizde yenidoğan döneminde görülen konjenital anomalilerin yapısal analizi. Ulusal Neonatoloji Kongresi (UNEKO 29). – 2021, Antalya, Türkiyə. – s. 202. – Tezis.
  9. Гасымова Е.А., Азизова Н.А., Салехова Г.Б., Акбарова У.К. Легочная гипертензия у новорожденных детей в критическом состоянии, связанная с врожденными пороками сердца. IX Всероссийский Конгресс по Легочной Гипертензии. – 2021, Moskva, Rusiya. – s. 16–17. – Tezis.
  10. Əzizova N.A. İnsan embriogenezi və dölün fetal dövrdə inkişafına müasir baxış. Azərbaycan Perinatologiya və Pediatriya jurnalı. – 2022. – C. 8, №2. – s. 42–51.
  11. Əzizova N.A. The frequency and types of congenital anomalies observed in the neonatal period among somatic groups of patients in Azerbaijan. 12th International Congress of UENPS. – 2022, Krakow, Polşa. – Çıxış (onlayn).
  12. Əzizova N.A. Nadir xəstəlik olan Donohue sindromlu xəstə müşahidəmiz. 3rd Karabakh International Congress of Applied Sciences. – 2022, Şuşa, Azərbaycan. – Çıxış.
  13. Azizova N.A. The frequency and types of congenital anomalies observed in the neonatal period among somatic groups of patients. V International European Conference on Interdisciplinary Scientific Research. – 2022, Valensiya, İspaniya. – Çıxış (onlayn).
  14. Азизова Н.А., Рагимова Н.Дж. Частота встречаемости и анализ структуры врожденных аномалий среди новорожденных, поступивших в стационар за период 2015–2018 гг. XXIV Конгресс педиатров России: Актуальные проблемы педиатрии. – 2023, Moskva, Rusiya. – s. 1. – Tezis.
  15. Azizova N.A. Assessment of the critical condition of newborns with congenital anomalies. BMJ Paediatrics Open. – 2024. – Vol. 8, suppl. 5. – s. A106.1. – DOI: 10.1136/bmjpo-2024-PP097. – İndeksləmə: Scopus, Web of Science, PubMed, DOAJ.
  16. Azizova N.A. Clinical Value of NT-proBNP and Lactate Parameters in Infants with Congenital Heart Defects. Journal of Clinical Medicine of Kazakhstan. – 2024. – Vol. 21(6). – s. 41–47. – DOI: 10.23950/jcmk/15603. – İndeksləmə: Scopus.
  17. Azizova N.A. TÜBİTAK ANA/ORTAK Proje Çağrısı çərçivəsində qrant layihəsi. – 2024. – Qalib layihə; layihə üzrə tədqiqat və elmi işlər davam edir.
  18. Azizova N., Gafarov İ., Rahimova N., Erdeve O. Comparative Assessment of the Critical Condition of Newborns with Congenital Anomalies on the Basis of Different Scales. Turkish Archives of Pediatrics. – 2025. – Vol. 60(2). – s. 182–190. – DOI: 10.5152/TurkArchPediatr.2025.24205. – İndeksləmə: PubMed, Scopus, Web of Science, DOAJ, EMBASE.
  19. Azizova N.A., Gafarov İ., Erdeve O. A cohort study on structural analysis of congenital anomalies in an intensive care unit in Azerbaijan. Congenital Anomalies (Japan). – 2025. – Vol. 65(1). – s. e70007. – DOI: 10.1111/cga.70007. – İndeksləmə: PubMed, Scopus, Web of Science.
  20. Əzizova N.A. Anadangəlmə anomaliyası olan südəmər uşaqlarda kritik vəziyyətin proqnozlaşdırılmasında PRISM III şkala sisteminin diaqnostik informativliyi // Müasir ginekologiya və perinatologiyanın aktual məsələləri. – 2025. – 12/№4. – s. 69–73. 
  21. Azizova N.A. Prognostic biomarkers in congenital heart disease. World of Medicine and Biology. 2025; №6. Ukrayna. DOI: 10.26724/2079-8334-2025-2-92-7-11. İndeksləmə: Web of Science (ESCI), Ulrich’s Web, Index Copernicus.
  22. Əzizova N.A. 1 yaşa qədər reanimasiya şöbəsinə qəbul edilən xəstələr arasında anadangəlmə anomaliyaların rastgəlinmə tezliyi. Azərbaycan Tibb Jurnalı. – 2025. – № 2. – s. 11–16.
  23. Azizova N.A. Role of Intestinal Fatty Acid Binding Protein in the Diagnosis and Prognosis of Congenital Digestive System Anomalies and Abdominal Wall Defects. – 2025. – Çap üçün qəbul edilib.
  24. Əzizova N.A. Neonatal reanimasiya şöbəsində izlənilən kritik xəstələrdə anadangəlmə anomaliyaların proqnostik əhəmiyyəti. Tibb Festivalı”nın tezislər toplusu. – 2025, Bakı. – s. 626. – Tezis.
  25. Əzizova N.A. Kritik vəziyyətdə olan yenidoğulmuşlarda anadangəlmə anomaliyaların proqnoza təsiri. “Cərrahi və Mama-Ginekoloji problemlərə multidissiplinar yanaşmalar” mövzusunda beynəlxalq konfrans. – 2025, Naxçıvan. – Çıxış.
  26. Azizova N.A. Relationship between NT-proBNP and lactate in children with congenital heart defects. – Tezis, çap üçün qəbul edilib.

Siyahı 2

2010-cu il: Azərbaycan Tibb Universitetinin Tələbə Elmi Cəmiyyətinin 79-cu Elmi Konfransı çərçivəsində keçirilən müsabiqənin qalibi.

2011-ci il: Azərbaycan Tibb Universitetinin Tələbə Elmi Cəmiyyətinin fakültə konfransı çərçivəsində keçirilən müsabiqənin qalibi.

2012-ci il: 1st Azerbaijan-Germany Medical Training Courses of Laparoscopy – iştirak; Azərbaycan Tibb Universitetində təşkil olunan “İlin Ən Yaxşı Tələbə Elmi Tədqiqatçısı” müsabiqəsinin qalibi; Azərbaycan Tibb Universitetinin Tələbə Elmi Cəmiyyətinin 80-ci Yekun Elmi Konfransında keçirilən müsabiqənin qalibi.

2013-cü il: “Katarakt Cərrahiyyəsi, Görmə Qüsurları və Qlaukoma” mövzusunda konfransda iştirak.

2014-cü il: 1st Conference of the International Heart Team of Azerbaijan “Updates in Congenital Heart Disease” – iştirak; Teaching Course on Congenital Heart Diseases: Morphology, Echocardiography and Imaging – iştirak; “Elektrokardioqramma (EKQ)” kursunda iştirak.

2015-ci il: International Internal Medicine Training Meetings – 6 – iştirak.

2016-cı il: “Çoçuklarda İleri Yaşam Desteği” kursunu bitirmə; 2-ci Beynəlxalq Uşaq Xəstəlikləri və Cərrahiyyəsi Simpoziumunda iştirak.

2017-ci il: “Barattson” School of Business & Finance, General English Pre-Intermediate; ATA – Pediatriya Dərnəyinin V Seminarı çərçivəsində “Pediatriyada Yeniliklər” adlı seminarda iştirak; Okan Universitetinin “Uşaq Xəstəlikləri və Sağlamlığı” adlı simpoziumunda iştirak.

2018-ci il: “Diseases of the Central Nervous System and Brain, Multidisciplinary Approach in Neurosurgery” seminarında iştirak; Pediatrik Temel və İleri Yaşam Desteği Kursunda iştirak (Hacettepe Universiteti, Ankara); “Neonatologiya üzrə 1-ci Bakı Beynəlxalq Konfransı” və “Neonatologiya üzrə Azərbaycan–Türkiyə 2-ci İntensiv Təlim Kursu”nda iştirak; “Azərbaycan–Türkiyə Pediatrik Endokrinoloji Kursu”nda iştirak; “Nadir Genetik Xəstəliklərə Müasir Yanaşma” konfransında iştirak; “Erkən Yaşlı Uşaqların Qidalanması” mövzusunda elmi-praktik konfransda iştirak; ATA – Pediatriya Dərnəyinin VI Simpoziumu çərçivəsində “Pediatriyada Yeniliklər” adlı simpoziumda iştirak.

2019-cu il: “Böyüklərdə və pediatrik xəstələrdə ürək çatışmazlığına həsr olunmuş Elmi-Praktik Simpozium”da iştirak; “Pediatrik xəstələrdə və yenidoğulanlarda mexaniki ventilyasiyanın tətbiqinə dair təlim”də iştirak; “Neonatologiya üzrə 2-ci Bakı Beynəlxalq Konqresi”ndə iştirak; UNPSTR Avrasiya Konqresi – Nutrisyon Məktəbi proqramında iştirak; “İmmunpataloji Xəstəliklər” adlı I Beynəlxalq Konfransda iştirak.

2020-ci il: “Neonatal və Pediatrik Mexaniki Ventilyasiya, Reanimasiya və Təcili Pediatrik Yardım” mövzusunda təlimdə iştirak.

2021-ci il: “Pediatriyada Yeniliklər” mövzusunda elmi-praktik konfransda iştirak; “Uşaq Cərrahiyyəsində Yeniliklər” mövzusunda elmi-praktik konfransda iştirak; “Pediatriyada Yeniliklər Bakı–2021” elmi-praktik konfransında iştirak; “Neonatal Reanimasiya Proqramı” kursunda iştirak; “Endokrinoloji Təlim”də iştirak.

2022-ci il: Çoçuk Acil Tıp ve Yoğun Bakım Derneği tərəfindən təşkil olunan “Uşaqlarda Təkmil Həyata Dəstək” təlimində iştirak; “Neonatoloji və Pediatrik Qidalanmaya Multidissiplinar Yanaşma” mövzusunda e-təlimdə iştirak; Beynəlxalq Vaxtından Əvvəl Doğulanlar Gününə həsr olunmuş elmi-praktik konfransda iştirak; I Beynəlxalq Pediatriya, Uşaq Cərrahiyyəsi və Tibb Bacıları Konqresində iştirak; 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş həkimlər və tibb bacıları üçün konfransda iştirak; Dünya Diabet Gününə həsr olunmuş elmi-praktik konfransda iştirak.

2023-cü il: Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ana və Uşaq Sağlamlığı: Mövcud Problemlərə Müasir Baxış” Beynəlxalq Elmi Konqresində iştirak; International Conference on Medical Education – “Transforming Health Professions Education: Trends, Challenges & Solutions” konfransında iştirak; Azərbaycan Tibb Universitetinin “Təbabətin Aktual Problemləri üzrə Elmi-Praktik Konqresi” çərçivəsində keçirilən “Pediatriya və Neonatologiyada Yeniliklər” Konfransında iştirak; “1st International Pediatric Congress of the Azerbaijan Pediatric Society” konqresində iştirak; “Doğum zalında neonatal reanimasiya üzrə praktik kurs”un iştirakçısı.

2024-cü il: “Azərbaycanda Uşaq Cərrahiyyəsi Günləri – I Beynəlxalq Forum”da məruzəçi və sessiya sədri; “Neonatologiyanın aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak; European Paediatric Association’s Congress – 11th Europaediatrics Congress-də iştirak (Antalya, Türkiyə); “New and Upcoming Treatments for Rare Diseases Course” (European Paediatric Association’s Congress – 11th Europaediatrics Congress, Antalya, Türkiyə) proqramında iştirak; “Pediatriyada 2-ci Yenilənmə Simpoziumu”nda iştirak; General English – B2 level (CEFR), British Academy LLC.

2025-ci il: Asian Journal of Pediatric Research jurnalının “In recognition of an outstanding contribution to the quality of the journal” mükafatı; “İsrail Pediatriya Onlayn Məktəbi” adlı beynəlxalq elmi-praktik konfransda iştirak; Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin 25 illiyi və Azərbaycan Tibb Universitetinin 95 illiyinə həsr olunmuş “Cərrahi və Mama-Ginekoloji problemlərə multidissiplinar yanaşmalar” adlı beynəlxalq konfransda iştirak; Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümü və Azərbaycan Tibb Universitetinin 95 illiyinə həsr olunmuş Tibb Festivalında məruzəçi; Azərbaycan Pediatrlar Assosiasiyasının 42-ci Milli Qurultayında məruzəçi; “Neonatal Nevrologiya: Klinik yanaşma və yeniliklər” kursunda iştirak.

Dr. Narmin Azizova (Baghirova)

Dr. Narmin Akif gizi Azizova (Baghirova), the founder of Pediatriya.az, was born in 1991 in Baku, Azerbaijan. In 2008, she was admitted to the Faculty of Pediatrics at the Azerbaijan Medical University, from which she graduated with distinction in 2014. During her studies, her research conducted within the university’s Student Scientific Society was recognized as the “Scientific Topic of the Year.”

From 2014 to 2018, Dr. Azizova completed her residency at the A.F. Garayev Clinical Children’s Hospital No. 2. In 2018, she undertook a clinical rotation at Hacettepe University in Ankara, Republic of Turkey. That same year, by appointment of the Ministry of Health of the Republic of Azerbaijan, she joined the Department of Neonatal Resuscitation and Intensive Care at the K.Y. Farajova Scientific Research Institute of Pediatrics as a neonatologist, a position she continues to hold to the present day.

Between 2018 and 2022, she also worked as a lecturer in “Infectious Diseases” at Baku Medical College No. 1. Since 2023, she has additionally been working at the Department of Pediatrics No. 1 of the Azerbaijan Medical University. Since 2025, Dr. Azizova has also been practicing as a pediatrician at Harmony Health Hospital.

Her dissertation, entitled “Diagnosis and prognostic assessment of congenital anomalies in children under 1 year of age in critical condition,” has been completed and is currently pending defense.

Dr. Azizova has actively participated in numerous international conferences, scientific seminars, symposiums, and other professional events both in Azerbaijan and abroad. She is the author of 15 peer-reviewed scientific articles published in local and international journals, 6 abstracts, and 4 international conference presentations.

In 2024, N. Azizova was awarded a grant project within the framework of the TÜBİTAK ANA/ORTAK Project Call. The project is being carried out in collaboration with scientists from Turkey, and the research work is currently ongoing.

Dr. Narmin Azizova is married and the mother of two children.

Доктор Нармин Азизова (Багирова)

Доктор Нармин Акиф кызы Азизова (Багирова) — основатель Pediatriya.az, родилась в 1991 году в городе Баку, Азербайджан. В 2008 году поступила на Педиатрический факультет Азербайджанского медицинского университета, который окончила с отличием в 2014 году. В период обучения её научная работа в Студенческом научном обществе была признана «Научной темой года».

С 2014 по 2018 год проходила ординатуру во 2-й клинической детской больнице имени А.Ф. Гараева. В 2018 году прошла клиническую стажировку в Университете Хаджеттепе (Анкара, Турция). В том же году, по направлению Министерства Здравоохранения Азербайджанской Республики, была назначена врачом-неонатологом в отделение реанимации и интенсивной терапии новорождённых Научно-исследовательского института педиатрии имени К.Я. Фараджевой, где работает по настоящее время.

В 2018–2022 годах также работала преподавателем («Инфекционные болезни») в Бакинском Медицинском Колледже №1. С 2023 года дополнительно работает на кафедре Детских Болезней №1 Азербайджанского Медицинского Университета. С 2025 года также работает педиатром в клинике Harmony Health Hospital.

Диссертация Н. Азизовой на тему «Диагностика и прогностический анализ врождённых аномалий у детей в критическом состоянии в возрасте до одного года» завершена и находится на этапе защиты.

Доктор Азизова активно участвует в многочисленных международных и национальных конференциях, научных семинарах и симпозиумах. Является автором 15 научных статей, опубликованных в местных и международных журналах, 6 тезисов и 4 докладов на международных конференциях.

В 2024 году Н. Азизова стала победителем грантового проекта в рамках программы TÜBİTAK ANA/ORTAK Proje Çağrısı. Проект реализуется совместно с учёными из Турции, и в настоящее время научно-исследовательская работа продолжается.

Нармин Азизова замужем, имеет двоих детей.

Kütləvi İnformasiya Vasitələrində və sosial şəbəkərdə

27 noyabr 2025-ci il, Bakı şəhəri, Azərbaycan. 93.0 FM, “Sağlam Radio”ya müsahibə

23 may 2018-ci il, Ankara şəhəri, Türkiyə. Professor Dr. Mehmet Ceyhan ilə müsahibə

18 noyabr 2025-ci il, Bakı şəhəri. Pediatriya.az portalının 8 illiyi ilə bağlı müraciət

https://azertag.az/xeber/mutexessis_goyoskurek_peyvendlenme_aparilmayan_usaqlar_arasinda_daha_genis_yayilib-3259396

4 noyabr, 2024-cü il. Bakı şəhəri, Azərbaycan. “Azərtac”-a müsahibə

https://azertag.az/xeber/hekim_neonatoloq_dogru_tibbi_biliklerin_cemiyyete_chatdirilmasi_yalniz_pesekar_mesuliyyet_deyil_hem_de_sosial_ohdelikdir-3933311

23 dekabr, 2025-ci il. Bakı şəhəri, Azərbaycan. “Azərtac”-a müsahibə

https://az.trend.az/azerbaijan/society/3780728.html

4 avqust 2023-cü il. Bakı şəhəri, Azərbaycan. “Trend”a müsahibə

https://az.trend.az/azerbaijan/society/3831780.html

1 dekabr, 2023-cü il. Bakı şəhəri, Azərbaycan. “Trend”a müsahibə

https://az.trend.az/azerbaijan/society/3936748.html

24 avqust, 2024-cü il. Bakı şəhəri, Azərbaycan. “Trend”a müsahibə

https://az.trend.az/azerbaijan/society/4070854.html

17 iyul, 2025-ci il. Bakı şəhəri, Azərbaycan. “Trend”a müsahibə

https://az.trend.az/azerbaijan/society/4133520.html

5 yanvar 2026-cı il. Bakı şəhəri, Azərbaycan. “Trend”a müsahibə

https://teleqraf.az/news/tibb/492198.html

7 avqust 2025-ci il. Bakı şəhəri, Azərbaycan. “Teleqraf”a müsahibə