Gəncə Şəhər Birləşmiş Xəstəxanasına yeni direktor təyin edildi
Tibb üzrə fəlsəfə doktoru İlkin İsmayılov Gəncə şəhər Birləşmiş Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub.
Medicina.az xəbər verir ki, ixtisasca ümumi cərrah olan İlkin İsmayılov , 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. İ. İsmayılov 2009-cu ildə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında, 2009-2016-cı illərdə isə Qazi Universitetinin Ümumi Cərrahiyyə kafedrasında fəaliyyət göstərib.
Bu təyinatadək, 25 sentyabr 2021-ci ildən
Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasının baş həkimi vəzifəsində işləyib.