ETPİ-də Ana Südü ilə Qidalanma Həftəsi çərçivəsində maarifləndirici tədbir keçirilmişdir

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda “Ana südü ilə qidalanma həftəsi” çərçivəsində analar üçün maarifləndirici tədbir təşkil olunmuşdur. Tədbirin açılışı institutun direktoru dosent Aynur Poluxovanın çıxışı ilə başlamış, o, ana südünün uşağın sağlam inkişafındakı əvəzsiz rolunu vurğulamışdır. Daha sonra Pediatriya elmi bölməsinin rəhbəri Günay Salehova və elmi işçi Aygün Abbasəliyeva əmizdirmə texnikaları, ana südünün tərkibi və körpəyə faydaları ilə bağlı təqdimatla çıxış etmişlər. Elmi katib dosent Sevinc Nəsirova isə ana südünün həm ana, həm də uşaq sağlamlığına təsirini elmi əsaslarla izah etmişdir. Tədbirin sonunda anaların sualları cavablandırılmış, praktik məsləhətlər verilmiş və maarifləndirici materiallar təqdim olunmuşdur.

Bu cür tədbirlər anaların əmizdirmə ilə bağlı bilik və bacarıqlarını artırmış, eyni zamanda körpələrin sağlamlığının qorunmasına mühüm töhfə vermişdir. Ana südünün təşviqinə yönəlmiş maarifləndirmə tədbirlərinin gələcəkdə də davam etdirilməsi planlaşdırılmışdır.

Возможно, это изображение 10 человек, больница и текст

Возможно, это изображение 11 человек, люди учатся, помост, больница и текст