Elmi-Tədqiqat Pediatriya İnstitutunda radioloqlar üçün seminar keçirilib

Bakı, 17 may, AZƏRTAC

Elmi-Tədqiqat Pediatriya İnstitutunda (ETPİ) radioloqlar üçün seminar keçirilib.

AZƏRTAC-a ETPİ-dən bildirilib ki, seminarda institutun Radiologiya şöbəsinin müdiri Nərgiz Xanəliyeva “Bud-çanaq patologiyalarının erkən diaqnostikasında rentgenoqrafiyanın imkanları”, Uşaq Nevroloji Xəstəxanasının həkimi Samirə Rzayeva “Bud-çanaq oynağı displaziyalarında ultrasonoqrafiyanın rolu”, Uşaq Klinik Xəstəxananın həkimi Əhmədova Tünzalə “Osteoxondromanın radioloji görüntüləri”, Sənubər Mirzəyeva “Mədə-bağırsaq traktının Rentgenoloji müayinəsi” mövzusunda çıxış ediblər.