Dünyada ikinci dəfə HİV xəstəsi sağalıb
Əsas çətinlik isə donor seçimi ilə bağlıdır.
BAKI, 6 mart — Sputnik. Dünyada ikinci HİV xəstəsi sağalıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Böyük Britaniyada tarixdə ikinci dəfə HİV xəstəsi ona virusa qarşı müqavimətli doğulmuş nadir donordan sümük iliyi köçürləndən sonra sağalıb.
Eyni şəkildə 2007-ci ildə Almaniyada kişi ona sümük iliyi köçürüləndən sonra sağalmışdı. Britaniyanın The Gardian qəzetinin məlumatıan görə, kişidə HİV infeksiyası bu günə qədər müşahidə edilməyib.
HİV infeksiyası ilə mübarizə və proflaftikası üzrə Federal elmi-metodiki mərkəzin rəhbəri, Rusiya Elmlər Akademiyasının akademiki Vadim Pokrovskinin sözlərinə görə, bu metod perspektivli deyil və geniş şəkildə yayılmayacaq.
O qeyd edib ki, Almaniyadakı faktdan 10 il sonra bu prosesi təkrarlamaq olub. Bu müddət ərzində edilənlər isə uğursuz olub. Əsas çətinlik isə donor seçimi ilə bağlıdır.
Akademikin sözlərinə görə, genetik kodu dəyişməklə xəstələri sağaltmaq mümkün ola bilər. O qeyd edib ki, indi başqa bir metod – xəstənin hüceyrələrinin dəyişdirilməsi daha effektivdir.
sputnik.az