Doğum çantasında nələr olmalıdır?

Medicina.az

Həkimlər doğum çantasının 2 həftə əvvəldən hazır olmasını bildirirlər. Aylardır gözlənilən körpə gəlməyə qərar verdiyi anda ana və ata buna hazır olmalıdırlar. Xəstəxanaya gedərkən “O hardaydı, bu hardaydı” deyə  həyacanlanmaq yerinə doğum çantasını götürüb, rahat bir şəkildə evdən çıxmaq doğuş edəcək ananın da rahatlığı üçün çox önəmlidir.
Medicina.az dünyaya uşaq gətirməyə hazırlaşan ananın çantasında nələrin olması gərəkliyini araşdırıb:

Ana üçün:

•Rahat əmzirmək üçün önü düyməli gecelik və ya pijama
•Mövsümə görə qalın və ya nazik çorab
•Tərlik
•Alt paltarı
•Əmzirmə büsqalter
•Döş ucunu yamşaltmaq üçün  krem
•Şəxsi gigiyena vasitələri
•Xəstəxanadan çıxarkən geyinmək üçün paltar və ayaqqabı
•Müvafiq sənədlər

Körpə üçün

•Uşaq paltarı
•Üst geyimi
•Pambıq corab
•Əlcək
•Papaq
•Ədyal
•Bişməcə əleyhinə krem, uşaq yağı, uşaq bezi
Qeyd edək ki, bütün paltarlar əvvəlcədən yuyulub ütülənməlidir.

Medicina.az