Birinci sinfə sənəd qəbulu başlayır - VAXT?

Bakı. İlhamə İsabalayeva – Trend:

Bu il Bakı, Sumqayıt, Gəncə və Abşeronla yanaşı, Mingəçevir, Şirvan, Naftalan, Yevlax və Samux rayonlarında I sinfə qəbul elektron qaydada həyata keçirələcək.

Trend-in məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini İlhamə Abdullayeva deyib.

Onun sözlərinə görə, birinci sinfə sənəd qəbulu martın 11-də səhər saat 10:00-dan etibarən başlayır.