Bakıda “II Azərbaycan Kolorektal Cərrahiyyə Günləri” konfransı keçirilir

Mayın 5-də Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında “II Azərbaycan- Türkiyə Kolorektal Cərrahiyyə Günləri” konfransı öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, klinikanın direktoru, professor Surxay Hadıyev iştirakçıları salamlayaraq konfransın proqramı və əhəmiyyəti barədə məlumat verib.

Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənib.

Tanınmış cərrah, akademik Böyükkişi Ağayevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Avropa Kolonorektal Cəmiyyətinin prezidenti, professor Ethem Gecim açılış nitqi ilə çıxış edib. Cəmiyyətin ölkəmizdəki təmsilçisi, tibb üzrə fəlsəfə doktoru Aynur Səfiyeva rəhbərlik etdiyi qurumun gördüyü işlər barədə hesabat verib.

Ankara Universitetinin professorları Ayhan Kuzu “Anarektal bölgənin anatomiyası”, “Babasil xəstəliyi və müalicəsi” mövzularında məruzə edib.

Konfrans öz işini davam etdirir.

 

AZƏRTAC