Azərbaycanın məşhur Elmi-Tədqiqat Pediatriya İnstitutunun adını daşıdığı Kübra Fərəcova haqqında
Kübra Fərəcova 1907-ci il may ayının 16-da Qubada anadan olmuşdur. 1931-1979-cu illərdə Kürdəmir qız məktəbinin təşkilatçı və müəllim, Azərbaycan SSR Xalq Səhiyyə Komissarının müavini, AKP MK-də təlimatçı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi, Azərbaycan SSR Səhiyyə naziri, N.K. Krupskaya adına Ana və Uşaq Mühafizəsi İnstitutunun direktoru və sair vəzifələrdə işləmişdir.
Tədqiqatı əsasən, uşaqların fiziki inkişafına, ana və uşaqların mühafizəsinə həsr olunmuşdur.
SSRİ Ali Sovetinin (2-ci çaqırış), Azərbaycan SSR Ali Sovetinin (2-3 cü çağırış) deputatı olmuşdur. Elmi kadrların hazırlanmasında xidməti olmuşdur.
Tədqiqatı əsasən, uşaqların fiziki inkişafına, ana və uşaqların mühafizəsinə həsr olunmuşdur. Kübra Fərəcova 1986-cı ildə Bakıda vəfat etmişdir.
Azərbaycanın məşhur Elmi-Tədqiqat Pediatriya İnstitutu xanım Kübra Fərəcovanın adını daşıyır.