Azərbaycanda baş həkimi hədələyib pul istədilər

Azərbaycanda xəstəxananın baş həkiminə hədə-qorxu gələrək pul tələb ediblər.

Ölkə.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Ucar rayonunda baş verib.

Ucar rayon Mərkəzi Xəstəxananın baş həkimi Zeynal Bayramlı polisə müraciət edərək rayon sakini Bəxtiyar Kərimovun ona hədə-qorxu gələrək 1000 manat pul tələb etdiyini bildirib. Daxil olan şikayət əsasında Ucar rayon polis şöbəsində araşdırma aparılır.