Körpələrdə göz yaşı kanalının tutulması barədə: Həkim Nərmin Əzizova
Körpələrdə göz yaşı kanalının tutulması
Körpələrdə göz yaşı kanalının tutulması hər 20 uşaqdan birində rast gəlinir. Əsas səbəbi körpələrin bətndaxili inkişaf dövründə göz yaşı kanalın inkişafını tam qurtarmamış olmasıdır. Bətndaxili dövrdə göz yaşı kisənin buruna açıldığı hissədə zarın deşilməsi lazımdır. Əsasən yenidoğulan körpələrin çoxunda bu zar ilk 2 ayda açılır və göz yaşı kanal tutulması problemi aradan qaldırılır.
Göz yaşı kanalının tutulmasının əlamətləri
Gözün yaşarması;
İrinləmə (çapaklama);
Qızarıqlıq;
Burnun göz kapaklarına doğru olan hissədə göz qapaqlarında şişkinlik olması;
Ağrı.
Ailələr körpələrdə gözlərin sulanması və göz yaşının yığılmasından narahat olurlar. Körpələrdə bu əlamətlərdən birini belə müşahidə etdikdə həkimə müraciət etmək lazımdır. Çünki, anadangəlmə göz xəstəliklərinin bəzilərində (məsələn, göz təzyiqi) gözlərdə həddindən artıq sulanma ilə müşahidə edilə bilinir. Ona görə də körpələrdə gözlərdə sulanma müşahidə edən kimi bunu göz yaşı kanalının tutulması düşünmək olmaz.
Göz yaşı kanalının tutulmasında müalicə
Göz yaşı kanal tutulmasında bəzi hallarda öz-özünə keçsə də, bəzən müalicəyə ehtiyac olur. Hər halda uşağının sağlamlığı ilə risk etməməli və həkimə müraciət edilməlidir.
İlk mərhələdə videodan görüldüyü kimi göz yaşı kisəsinə doğru masaj edilməlidir. Masaj burun kökündən, aşağıya doğru istiqamətlənməlidir. Bu masaj hərəkəti gündə 3- 4 dəfə təkrarlana bilinər. Bu masaja əsasən göz yaşı kanalın açılma ehtimalı yüksəkdir.
Lakin, unutmaq olmaz ki, masajı əsas olaraq düzgün etməyə diqqət etməliyik. Səhv masaj etmək problemin daha da ağırlaşamasına səbəb ola bilər. Ona görə də diqqətli olmalıyıq. Həmçinin masajdan əvvəl əllər yuyulmalı və gigiyenik də diqqətli olmalıyıq.
Masajla yanaşı gözlərdə irinləmə (çapaklanma) olursa həkimlə məsləhətləşib ehtiyac halında göz damlalarından da istifadə edilə bilinər.
4 və ya 6 aylıq olduqda hələ də göz yaşı kanal tutulması davam edirsə onda “zondlama ” adı verilən müalicədən istifadə edilir.
Nərmin Əzizova
Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkimi və dissertantı,
Azərbaycan Tibb Universitetinin I Uşaq Xəstəlikləri kafedrasının əməkdaşı